Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Cəlilabad rayon sakini İlqar Rəhimov “Aztimes.az” saytı vasitəsilə ictimailəşdirdiyi təşəkkür məktubunda müraciətilə bağlı Nəsimi Rayon Polis İdarəsində obyektiv araşdırma aparılaraq məsələyə hüquqi qiymət verildiyini və müraciətinin müsbət həll edildiyini qeyd edir. O, müraciətinə diqqətlə yanaşıldığına, obyektiv araşdırmalara və operativliyə görə DİN rəhbərliyinə və Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Bakı şəhər sakini Aytən Kərimova Daxili İşlər Nazirliyinə təşəkkür məktubu ünvanlayıb. O, dələduzluğa və hədə-qorxuya məruz qalması ilə bağlı müraciəti üzrə Beyləqan Rayon Polis Şöbəsinə dəvət olunduğunu, işin gedişatı barədə ona ətraflı məlumat verildiyini və araşdırmadan razı olduğunu qeyd edir. 
A.Kərimova operativ reaksiyaya, müraciətinə diqqətlə yanaşıldığına, araşdırmanın gedişatı barədə ətraflı məlumat və izahların verilməsinə görə DİN rəhbərliyinə və Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşlarına minnətdarlığını ifadə edir. 

Bakı şəhər sakini Hacıoğlan Qəniyev DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, DİN-in “Instagram” səhifəsi vasitəsilə ünvanladığı müraciətinə operativ baxıldığına və müsbət həll olunduğuna görə Azərbaycan Polisinə təşəkkürünü bildirir.

Bakı şəhər sakini Cəmilə Babayeva məktubunda üzləşdiyi problemlə əlaqədar etdiyi müraciətinə operativ reaksiya verildiyini, polisin səlahiyyətinə aid olmayan məsələ olsa da, Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsi tərəfindən müvafiq köməklik göstərilərək müsbət həll olunduğunu qeyd edir. 
C.Babayeva hətta polisin səlahiyyətinə aid olmasa belə, vətəndaş məmnunluğu üçün müraciətlərə həssas yanaşılmasına, göstərilən humanistliyə və qayğıya görə DİN rəhbərliyinə və  12-ci Polis Şöbəsinin əməkdaşlarına minnətdarlığını bildirir. 

Vətəndaş Abuzər Cəfərli “Facebook” sosial şəbəkəsindəki hesabında Azərbaycan Polisinə təşəkkür postu paylaşıb. O, Suraxanı rayonu ərazisində polis əməkdaşları tərəfindən sosial neqativ halların, əhalinin və nəqliyyatın hərəkətinə mane olan küçə ticarətinin aradan qaldırılmasına, yol polisi əməkdaşları tərəfindən yol hərəkətinin yüksək səviyyədə təşkilinə, o cümlədən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində aparılan qətiyyətli mübarizə tədbirlərinə görə DİN rəhbərliyinə və Suraxanı RPİ-nin əməkdaşlarına təşəkkürünü bildirir.

Quba rayon sakini Zakir Novruzov rayon ərazisində ictimai asayişin və ictimai təhlükəsizliyin təmin olunmasına görə DİN rəhbərliyinə və xidməti vəzifələrini layiqincə yerinə yetirən Quba Rayon Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.

Naxçıvan şəhər sakini Müşfiq Babayev DİN rəhbərliyinə ünvanladığı təşəkkür   məktubunda aparılan kadr islahatlarından razılıq edir, müraciətinə həssas yanaşılaraq, operativ və obyektiv reaksiya verdiklərinə görə təşəkkürünü bildirir.

Bakı şəhər sakini Vəfa İsazadə DİN rəhbərliyinə ünvanladığı təşəkkür    məktubunda yazır: “Zərgərpalan və Nizami küçələrində daimi maşın axını olduğuna və yol zolaqlarının olmadığına görə burada həm sürücü, həm də piyadalar üçün narahatçılıq yaranmışdı. Düzdür Yol Polisi əməkdaşları vətəndaşlara yolu keçmək üçün köməklik göstərirdilər. Bu problemlə bağlı Baş Dövlət Yol Polisi İdarəsinə müraciət etdim. Müraciətimə operativ şəkildə baxıldı. Çox tez bir zamanda narahatçılıq aradan qaldırıldı. İndi piyadalar da, sürücülər də yoldan rahat şəkildə istifadə edirlər. Mən bu işdə əməyi keçən polis əməkdaşlarının hamısına təşəkkürümü bildirirəm.”  Vəfa İsazadə “Instagram” səhifəsində bununla bağlı video da paylaşıb.

Sosial şəbəkə izləyicisi Elvin Məmmədov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda müraciətinə operativ baxılmasına və probleminin tez bir zamanda aradan qaldırılmasında göstərilən köməkliyə görə təşəkkürünü bildirir.