Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
31.08.2019 - Bakı şəhər sakini Tahir Həsənov DİN-in Polis Akademiyasında kursantlar üçün...
Bakı şəhər sakini Tahir Həsənov DİN-in Polis Akademiyasında kursantlar üçün yaradılan şəraitdən razılığını ifadə edir.
31.08.2019 - Nardaran qəsəbə sakinləri balıqçılarla apardığı maarifləndirmə işlərinə və...
Nardaran qəsəbə sakinləri balıqçılarla apardığı maarifləndirmə işlərinə və balıq tutmaq üçün onlara yaradılan şəraitə görə DİN Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsinin rəisi, polis polkovniki Rövşən Eyyubova təşəkkür edirlər.
31.08.2019 - Gədəbəy rayon Slavyanka kənd orta məktəbinin müəllimi İsbəndiyar İskəndərov...
Gədəbəy rayon Slavyanka kənd orta məktəbinin müəllimi İsbəndiyar İskəndərov Rayon Polis Şöbəsinin erkən nikah, dini radikalizm və narkomaniya ilə bağlı keçirdiyi tədbirlərdən razılığını ifadə edir, həmkarlarımıza xidmətdə uğurlar azulayır.
31.08.2019 - Bakı şəhər sakini Şəmsi Məmmədli avtomobulini texniki baxışdan keçirərkən hər...
Bakı şəhər sakini Şəmsi Məmmədli avtomobulini texniki baxışdan keçirərkən hər hansı bir mənfi halla rastlaşmadığını, şəffaflığın yüksək səviyyədə olduğunu DİN-ə ünvanladığı təşəkkür məktubunda qeyd edir.
31.08.2019 - Gəncə şəhər sakini, birinci qrup əlil Xaləddin Hüseynov övaladının daxili...
Gəncə şəhər sakini, birinci qrup əlil Xaləddin Hüseynov övaladının daxili işlər orqanlarına qəbul olunmasında göstərilən köməkliyə görə ölkə və DİN rəhbərliyinə minnətdarlığını ifadə edir.
31.08.2019 - Cəlilabad rayon Ağdaş kənd sakini Məmmədkərim Nağıyev DİN rəhbərliyinə...
Cəlilabad rayon Ağdaş kənd sakini Məmmədkərim Nağıyev DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda etdiyi müraciətin düzgün və obyektiv araşdırılmasına görə Cəlilabad RPŞ-nin istintaq bölməsinin rəisi Vüqar Şəbəndiyev və bölmənin müstəntiqi Gündüz Haxızadəyə minnətdarlığını bildirir.
31.08.2019 - Cəlilabad rayon sakini Ədalət Bayramov DİN rəhbərliyinə ünvanladığı təşəkkür...
Cəlilabad rayon sakini Ədalət Bayramov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda etdiyi müraciətə həssaslıqla yanaşılmasına və köməklik göstərilməsinə görə Cəlilabad RPŞ-nin Göytəpə polis bölməsinin rəisi Əlifağa Kazımovdan razılığını ifadə edir.
31.08.2019 - Astara şəhər sakini Sədayə Muradova DİN rəhbərliyinə ünvanladığı təşəkkür...
Astara şəhər sakini Sədayə Muradova DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda narkotiklərin qanunsuz dövriyyəsinə və cinayətkarlığa qarşı qətiyyətlə aparılan mübarizəyə görə Astara RPŞ-nin rəisi, polis polkovniki Azər Cahangirova minnətdarlıq bildirir.
30.08.2019 - Şəki Bələdiyyəsindən DİN rəhbərliyinə ünvanlanmış təşəkkür məktubunda rayon...
Şəki Bələdiyyəsindən DİN rəhbərliyinə ünvanlanmış təşəkkür məktubunda rayon ərazisində asayişin və sabitliyin qorunmasına, yollarda hərəkətin təhlükəsizliyinin yüksək səviyyədə təmin edilməsinə görə, Şəki ŞRPŞ-nin, xüsusilə Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarına minnətdarlıqlarını bildirirlər.