Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
01.03.2023 - Daşkəsən rayon sakini Elgün Ələkbərov
Daşkəsən rayon sakini Elgün Ələkbərov öz təşəkkkür məktubunda ölkə ərazisində ictimai qaydanın və ictimai təhlükəsizliyin etibarlı şəkildə təmin olunmasına, cinayətkarlığa qarşı aparılan qətiyyətli mübarizə tədbirlərinə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.
01.03.2023 - Vətəndaş Anar Hüseynov
Vətəndaş Anar Hüseynov xidməti vəzifələrini və peşə fəaliyyətini layiqincə yerinə yetirdiklərinə görə başda DİN rəhbərliyi olmaqla, Gəncə ŞBPİ-nin rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını bildirir.
01.03.2023 - Vətəndaş Nailə Əliyeva
Vətəndaş Nailə Əliyeva şikayətinə tez bir zamanda baxılaraq ona dəyən ziyanın ödənilməsində göstərdikləri köməkliyə görə Goranboy RPŞ-nin əməkdaşlarına təşəkkürünü bildirir.
28.02.2023 - Sosial şəbəkə izləyicisi Püstə Zərbalıyeva
Sosial şəbəkə izləyicisi Püstə Zərbalıyeva DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda müraciətinə həssas yanaşılaraq, operativ və obyektiv reaksiya verdiklərinə görə Nərimanov RPİ-nin 16-cı Polis Bölməsinin şəxsi heyətinə təşəkkürünü bildirir.
28.02.2023 - Sosial şəbəkə izləyicisi Süleyman Süleymanlı
Sosial şəbəkə izləyicisi Süleyman Süleymanlı DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda yazır: “Sınaq imtahanına gəlmişdim. İmtahanın həyəcanından şəxsiyyət vəsiqəmi evdə unutmuşdum. İmtahanın başlamasına 25 dəqiqə qalmışdı. Orada xidmətdə olan polis əməkdaşları təlaş içində olduğumu görüb mənə yaxınlaşdılar. Məsələnin nə yerdə olduğunu anlatdaım. Əməkdaşlardan biri dedi ki, həyəcanlanmayın, biz sizə calışacağıq köməklik edək. Və məni xidməti maşınla evimizə çatdırdılar, mən şəxsiyyət vəsiqəmi götürüb imtahana vaxtında çata bildim. Azərbaycan Polisinin vətəndaşın yanında olduğunun bir daha şahidi oldum və qürur duydum. DİN rəhbərliyi başda olmaqla bütün şəxsi heyətə minnətdarlığımı bildirirəm”.
28.02.2023 - İnstagram izləyicisi Elçin Tarverdiyev
İnstagram izləyicisi Elçin Tarverdiyev DİN rəhbərliyinə ünvanladığı məktubda müraciətinə həssas yanaşılaraq, operativ və obyektiv reaksiya verdiklərinə və göstərilən köməkliyə görə Azərbaycan Polisinə təşəkkürünü bildirir.
28.02.2023 - Bakı şəhər sakini Fidan Qarayeva
Bakı şəhər sakini Fidan Qarayeva DİN-ə ünvanladığı təşəkkür məktubunda müraciətinə həssas yanaşılaraq, operativ və obyektiv baxılmasına görə Xətai RPİ-nin 37-ci Polis Şöbəsinin şəxsi heyətinə təşəkkürünü bildirir.
28.02.2023 - Bakı şəhər sakini Əlixan Abbasov
Bakı şəhər sakini Əlixan Abbasov DİN-ə ünvanladığı təşəkkür məktubunda polisin xidmətindən razılıq edir və dövlət başçımızın ətrafında sıx birliyimizə görə təşəkkürünü bildirir.
28.02.2023 - Sumqayıt şəhər sakini Aytəkin Bayramova
Sumqayıt şəhər sakini Aytəkin Bayramova DİN-ə ünvanladığı təşəkkür məktubunda qeyd edir: “Yaşadığım ünvanda qonşularla aramızda yaranan anlaşılmağlığa görə 102 Xidməti-Zəng Mərkəzinə müraciət etdim. Tez bir zamanda sahə inspektoru ünvana gələrək məsələni aydınlaşdırdı. Müvafiq qurumlara ərizəmiz alındı. Sahə inspektorunun vətəndaşla davranışı, savadlı polis əməkdaşı olması və məsələyə obyektiv yanaşması məndə qürur hissi oyatdı. Müraciətimə hassas yanaşılaraq, obyektiv və operativ baxılmasına görə minnətdarlığımı bildirirəm.”