Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Qazax rayon sakini, Vətən Müharibəsi iştirakçısı Seymur İsmayılov müraciətinə operativ reaksiya verilməsinə görə Qazax Rayon Polis Şöbəsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Sumqayıt şəhər sakini Mehriban Mirzəliyeva məktubunda Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun Sumqayıt şəhər Polis İdarəsində keçirdiyi vətəndaş qəbulunda iştirak etdiyini, müraciətinin dinlənilərək aidiyyəti üzrə tapşırıqlar verildiyini və müraciətinin qısa müddətdə müsbət həll olunduğunu qeyd edir. 
O, vətəndaş müraciətlərinə, o cümlədən onun müraciətinə həssas yanaşılmasına, göstərilən diqqətə və obyektiv araşdırmalara görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.

Sumqayıt şəhər sakini Rəyasət Bağırov məktubunda Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun Sumqayıt şəhər Polis İdarəsində keçirdiyi vətəndaş qəbulunda iştirak etdiyini qeyd edərək müraciətinin müsbət həll olunduğunu  bildirir və DİN rəhbərliyinə təşəkkür edir.

Vətəndaş Zamiq Mustafayev sosial şəbəkə vasitəsilə DİN-ə etdiyi müraciətinə həssas yanaşıldığına və müvafiq tədbir görüldüyünə görə Nazirliyin rəhbərliyinə minnətdarlığını bildirir.

Allahverən Kərimov Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda daxili işlər orqanlarında gənc əməkdaşlara göstərilən diqqət və qayğının, etimadın təqdirəlayiq olduğunu qeyd edərək DİN rəhbərliyinə  minnətdarlığını bildirir.

Vətəndaş Himət Kazımlı DİN-in “Instagram” səhifəsinə yazaraq vətəndaşlar tərəfindən Nazirliyin sosial şəbəkələrdəki səhifələri vasitəsilə ünvanlanan müraciətlərə həssaslıqla yanaşıldığını və operativ cavablandırılıdığını bildirərək təşəkkür edir.

Vətəndaş Zaur Pənahov Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun Sumqayıt şəhər Polis İdarəsində keçirdiyi vətəndaş qəbulunda iştirak etdiyini qeyd edərək vətəndaşlar tərəfindən ünvanlanan müraciətlərə həssas yanaşıldığına və göstərilən köməkliyə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir. 

Bakı şəhər sakini Elvin Ağamaliyev məktubunda üzləşdiyi problemlə bağlı müraciətinə həssas yanaşıldığını, obyektiv araşdırma aparılaraq qısa müddətdə müsbət həll olunduğunu qeyd edərək DİN rəhbərliyinə və Azərbaycan Polisinə minnətdarlığını bildirir.

Qaradağ rayon sakini Ələkbər Mirzəyev Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda müraciətinə qısa müddət ərzində tam və dolğun cavab verdikləri üçün Qaradağ RPİ-nin 10-cu Polis Bölməsinə təşəkkürünü bildirir.