Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

İnstaqram izləyicisi Murad Zeynalov evinin əşyalarının oğurlanması ilə əlaqədar müraciətində ona göstərdikləri köməkliyə görə Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir. 

Vətəndaş Toğrul Muradlı narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinin qarşısının alınması sahəsində göstərdikləri xidmətə görə Səbail RPİ-nin 39-cu Polis Bölməsinin əməkdaşlarına təşəkkürünü bildirir. 

Vətəndaş Turqut Mehrəliyev xidməti fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə Sabunçu RPİ-nin 15-ci Polis Bölməsinin əməkdaşlarına təşəkkürünü bildirir. 

Bakı şəhər sakini Pərvanə Hüseynova qızının “102” Xidməti-zəng Mərkəzi sistemində operator vəzifəsinə təyin olunması ilə əlaqədar DİN rəhbərliyinə minnətdarlığını bildirir. 

Vətəndaş Bəxtiyar Budaqov itirdiyi pul qabının tapılaraq ona təhvil verilməsində göstərdikləri köməkliyə görə Pirallahı RPİ PPXB-nin əməkdaşlarına təşəkkürünü bildirir

Vətəndaş Pərvin Əhmədov dələduzluq ilə bağlı müraciətində ona dəymiş ziyanın ödənilməsində göstərilən köməkliyə görə Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin əməkdaşlarına təşəkkürünü bildirir. 

Bakı şəhər sakini Sabir Əhmədov narkomaniyaya qarşı mübarizə sahəsində göstərdikləri xidmətə görə Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin əməkdaşlarına təşəkkürünü bildirir. 

Vətəndaş İsrafil Nuruyev narkomaniyaya qarşı mübarizə sahəsində xidməti fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə Səbail Rayon  Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir. 

İnstaqram izləyicisi Oksana Çixladze etdiyi müraciətə operativ baxılaraq probleminin həllini tapmasında göstərdikləri köməkliyə görə Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin əməkdaşlarına təşəkkürünü bildirir.