Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Jurnalist Zamiq Quliyev “Facebook” sosial şəbəkəsindəki hesabında Azərbaycan polisinə təşəkkür postu paylaşıb. O, müraciəti ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsindən onunla əlaqə saxlanılaraq dinlənildiyini və müvafiq araşdırmalara başlanıldığını qeyd edir. 
Z.Quliyev müraciətinə operativ reaksiya verilməsinə və göstərilən diqqətə görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.       

Şərur rayon sakini Rəmzi Ağayev məktubunda Naxçıvan MR Daxili İşlər Nazirliyinə ünvanladığı müraciətinə operativ baxıldığını və müvafiq araşdırmalara başlanıldığını qeyd edərək Azərbaycan polisinə təşəkkürünü bildirir.

Sumqayıt şəhər sakini Maygül Ağayeva mobil telefonunun itməsi ilə bağlı müraciətinə operativ baxıldığını və qısa müddət ərzində mobil telefonunun tapılaraq ona təhvil verildiyini qeyd edir. O, operativliyə və göstərilən köməkliyə görə DİN rəhbərliyinə və Sumqayıt ŞPİ-nin 4-cü Polis Bölməsinin əməkdaşlarına təşəkkürünü bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.

Sabirabad rayon sakini Nadir Ağayev DİN-in “Telegram” kanalı vasitəsilə təşəkkür məktubu ünvanlayıb: “Baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı etdiyim müraciətə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən operativ reakasiya verildiyi üçün təşəkkürümü bildirirəm. Məsələni aydınlaşdırmaq üçün göstərilən köməkliyə görə minnətdaram”.

Salyan rayon sakini Elçin Əzizov DİN-in “Facebook” səhifəsinə mesaj yazaraq müraciətinə operativ reaksiya verildiyinə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Zərdab rayon sakini Coşqun Abdullayev üzləşdiyi problem ilə bağlı etdiyi müraciətinin müsbət həll olunmasına görə başda DİN rəhbərliyi olmaqla, Zərdab RPŞ-nin rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını bildirir.

Şirvan şəhər sakini Zaur Mirzəyev DİN-ə ünvanladığı təşəkkür məktubunda şəhər ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı aparılan mübarizə tədbirlərinə görə başda DİN rəhbərliyi olmaqla, Şirvan ŞPŞ-nin rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını bildirir.

Vətəndaş Mirabas Məmmədov Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda mənzilində baş vermiş oğurluq hadisəsi ilə bağlı Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinə müraciət etdiyini bildirir. O, polis əməkdaşları tərəfindən keçirilən operativ tədbirlərlə qısa müddətdə bu cinayətin üstünün açıldığını və ona dəymiş maddi ziyanın tam ödətdirildiyini qeyd edir.
M.Məmmədov müraciətinə dərhal reaksiya verildiyinə və həyata keçirilən operativ tədbirlərə görə DİN rəhbərliyinə və Sabunçu RPİ-nin 42-ci PB-nin əməkdaşlarına təşəkkürünü bildirir.

Naxçıvan Muxtar Respublikasının Ordubad rayon sakini Baba Zeynalov Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təşəkkür teleqramı göndərib. O, müraciəti ilə əlaqədar Ordubad Rayon Polis Şöbəsində qəbul edilərək dinlənildiyini, hüquq və vəzifələrinin ona izah edildiyini qeyd edir.
B.Zeynalov vətəndaş müraciətlərinə həssas yanaşılmasına görə DİN rəhbərliyinə və Naxçıvan MR DİN-in əməkdaşlarına minnətdarlığını bildirir.