Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Astara rayonunun bir qrup sakini rayon ərazisində nəqliyyatın rahat və təhlükəsiz hərəkətinin təmin edilməsinə, baş verə biləcək yol qəzalarının qarşısının alınması istiqamətində görülən profilaktik tədbirlərə görə Astara RPŞ-nin dövlət yol polisi bölməsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Yardımlı rayon sakini Rəşid Almasov narkomaniya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı aparılan qətiyyətli mübarizə tədbirlərinə görə Yardımlı RPŞ-nin əməkdaşlarına minnətdarlığını ifadə edir.

Şəki rayon sakini Valeh Rəsulov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda müraciətinin müsbət həll olunmasına görə, Şəki ŞRPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Vətəndaş Anjelika Tarşinova mopedinin oğurlanması ilə bağlı şikayətinə tez bir zamanda baxılaraq, tapılıb ona təhvil verilməsində göstərdikləri köməkliyə görə Səbail RPİ 9-cu Polis Bölməsinin əməkdaşlarına təşəkkürünü bildirir. O, vətəndaş müraciətlərinə həssaslıqla yanaşılmasını yüksək dəyərləndirir.

Vətəndaş Sarıtel Alazova daxili işlər orqanları əməkdaşlarının gərgin xidməti fəaliyyətini təqdir edir, müraciətinə operativ və obyektiv şəkildə baxılaraq müsbət həllini tapmasında ona göstərilən köməkliyə görə DİN rəhbərliyinə təşəkkürünü təşəkkürünü bildirir. 

Şəhid ailəsi olan Natavan Həsənova Azərbaycan Polisinin vətəndaşlara həssaslıq nümayiş etdirməsini yüksək dəyərləndirir. O, şəhid ailələrinə göstərilən xüsusi diqqət və qayğıya görə DİN rəhbərliyinə təşəkkürünü bildirir. 

Qarabağ müharibəsi qazisi Arif Rüstəmov Azərbaycan Polisinin gərgin xidməti fəaliyyətini yüksək qiymətləndirir. O, müraciətinə tez bir zamanda baxılaraq araşdırma aparılmasına görə Səbail Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Vətəndaş Nərgiz Heydərli müraciətinə tez bir zamanda baxılaraq aliment borcunu ödəməkdən yayınan borclunun saxlanılmasında göstərdikləri köməkliyə görə Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir. O, vətəndaşlara həssaslıqla yanaşılmasının polis-vətəndaş münasibətlərinin daha da yaxşılaşmasına zəmin yaratdığını qeyd edir.

Balakən rayon sakini Gülmira İsgəndərova müraciətinin müsbət həllinə və ona dəymiş maddi ziyanın ödətdirilməsinə görə Balakən RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.