Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
06.11.2023 - Vətəndaş Riad Hüseynəliyev
Vətəndaş Riad Hüseynəliyev səhhətində problem yaranan zaman ona göstərdikləri diqqət və qayğıya görə Azərbaycan Polisinə təşəkkürünü bildirir. O, Azərbaycan Polisinin gərgin və fədakar xidmətini yüksək dəyərləndirir.
06.11.2023 - Vətəndaşlar İlqar Məmmədov və Vüqar İsmayılov
Vətəndaşlar İlqar Məmmədov və Vüqar İsmayılov müraciətlərinə operativ və obyektiv baxılmasına görə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürlərini bildirirlər.
06.11.2023 - Vətəndaş Vüqar Əliyev
Vətəndaş Vüqar Əliyev narkomaniyaya qarşı aparılan qətiyyətli mübarizə tədbirlərinə görə Azərbaycan Polisinə təşəkkürünü bildirir. O, vətəndaş müraciətlərinə həssaslıqla yanaşılmasını təqdir edir.
06.11.2023 - Vətəndaş Umuksu Qallacova
Vətəndaş Umuksu Qallacova baş vermiş yol-nəqliyyat hadisəsi zamanı aldığı bədən xəsarəti ilə bağlı etdiyi müraciətinin obyektiv araşdırılmasına və ona göstərilən köməkliyə görə DİN rəhbərliyi başda olmaqla Səbail Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
06.11.2023 - Abşeron rayon sakini Gülər Azadlı
Abşeron rayon sakini Gülər Azadlı işini şərəflə, vicdanla yerinə yetirdiklərinə və hər zaman qayda qanunlara doğru şəkildə əməl etdiklərinə görə Azərbaycan Polisinə minnətdarlığını ifadə edir.
06.11.2023 - Vətəndaş Kamran Həsənov
Vətəndaş Kamran Həsənov etdiyi müraciətlə bağlı ona göstərilən yüksək diqqət və qayğıya görə Bakı Şəhər Baş Polis İdarəsinin rəhbərliyinə təşəkkürünü bildirir.
06.11.2023 - Feysbuk izləyicisi Elmir Hacıyev
Feysbuk izləyicisi Elmir Hacıyev onu narahat edən məsələnin müsbət həllini tapmasında göstərdikləri köməkliyə görə Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
06.11.2023 - Vətəndaş Azər Bədəlzadə
Vətəndaş Azər Bədəlzadə narkomaniyaya qarşı mübarizədə göstərdikləri xidmətə görə Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin əməkdaşlarına təşəkkürünü bildirir.
06.11.2023 - İnstaqram izləyicisi Elnarə Dursunova
İnstaqram izləyicisi Elnarə Dursunova dələduzluq ilə bağlı etdiyi müraciətinin operativ və obyektiv araşdırılmasına görə Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Bölməsinin əməkdaşlarına təşəkkürünü bildirir.