Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Bakı şəhər sakini Şəmsi Məmmədli avtomobulini texniki baxışdan keçirərkən hər hansı bir mənfi halla rastlaşmadığını, şəffaflığın yüksək səviyyədə olduğunu DİN-ə ünvanladığı təşəkkür məktubunda qeyd edir.

Gəncə şəhər sakini, birinci qrup əlil Xaləddin Hüseynov övaladının daxili işlər orqanlarına qəbul olunmasında göstərilən köməkliyə görə ölkə və DİN rəhbərliyinə minnətdarlığını ifadə edir.

Cəlilabad rayon Ağdaş kənd sakini Məmmədkərim Nağıyev DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda etdiyi müraciətin düzgün və obyektiv araşdırılmasına görə Cəlilabad RPŞ-nin istintaq bölməsinin rəisi Vüqar Şəbəndiyev və bölmənin müstəntiqi Gündüz Haxızadəyə minnətdarlığını bildirir.

Cəlilabad rayon sakini Ədalət Bayramov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda etdiyi müraciətə həssaslıqla yanaşılmasına və köməklik göstərilməsinə görə Cəlilabad RPŞ-nin Göytəpə polis bölməsinin rəisi Əlifağa Kazımovdan razılığını ifadə edir.

Astara şəhər sakini Sədayə Muradova DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda narkotiklərin qanunsuz dövriyyəsinə və cinayətkarlığa qarşı qətiyyətlə aparılan mübarizəyə görə Astara RPŞ-nin rəisi, polis polkovniki Azər Cahangirova minnətdarlıq bildirir.

Şəki Bələdiyyəsindən DİN rəhbərliyinə ünvanlanmış təşəkkür məktubunda rayon ərazisində asayişin və sabitliyin qorunmasına, yollarda hərəkətin təhlükəsizliyinin yüksək səviyyədə təmin edilməsinə görə, Şəki ŞRPŞ-nin, xüsusilə Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarına minnətdarlıqlarını bildirirlər.

Vətəndaş Ü.A. DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda onu insan alverinə cəlb edən şəxsin ifşa olunduğuna və məsuliyyətə cəlb edildiyinə görə, İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşlarına öz minnətdarlığını bildirir.

Göygöl rayonunun Zurnabad kəndinin sakini Vəfa Həsənova DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda ona məxsus itmiş 3 rəst atının tapılmasında göstərdiyi köməkliyə görə Göygöl RPŞ-nin rəhbərliyinə və əməkdaşlarına öz minnətdarlığını bildirir.

İmişli rayon sakini Almaz Abışov öz təşəkkür məktubunda polis veteranı Fərhad Süleymanovun 70 illiyini təntənəli qeyd edilməsinə, fəxri fərmanla təltif olunmasına və veteranlara göstərilən diqqət və qayğıya görə DİN rəhbərliyinə minnətdarlığını ifadə edir.