Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Sosial şəbəkə istifadəçisi Adil Əliyev məktubunda üzləşdiyi dələduzluq hadisəsi barədə Naxçıvan MR DİN-in Naxçıvan Şəhər Polis İdarəsinə etdiyi müraciətdən sonra, araşdırmalar aparıldığını, ona dəymiş maddi ziyanın ödənildiyini qeyd edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin və Naxçıvan MR DİN-in rəhbərliklərinə təşəkkürünü bildirir.

Sosial şəbəkə istifadəçisi məktubunda baş verimiş yol-nəqliyyat hadisəsi ilə bağlı Nərimanov Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsində aparılan araşdırmalar zamanı ona göstərilən yüksək diqqət və qayğıya görə DİN rəhbərliyinə və Azərbaycan Polisinə minnətdarlığını bildirir. 

Sosial şəbəkə istifadəçisi Tural Məmmədov məktubunda üzləşdiyi dələduzluq hadisəsi barədə Abşeron Rayon Polis İdarəsinə etdiyi müraciət dərhal nəzarətə götürüldüyünü, ona dəymiş maddi ziyanın qısa müddətdə ödənildiyini qeyd edərək DİN rəhbərliyinə təşəkkürünü bildirir.

Sosial şəbəkə istifadəçisi Rüfət Cavadov üzləşdiyi dələduzluqla bağlı etdiyi müraciətə operativ reaksiya verilərək qısa zaman kəsiyində həll olunmasında, eləcə də ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərdikləri köməkliyə görə DİN rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını bildirir. 

Sosial şəbəkə istifadəçisi Azad Qurbanov pozulmuş hüquqlarının bərpa olunmasında göstərdikləri köməkliyə görə Azərbaycan Polisinə təşəkkürünü ifadə edib. 

Sosial şəbəkə istifadəçisi Rufiz Məmmədov pozulmuş hüquqlarının bərpa olunmasında göstərdikləri köməkliyə, eləcə də həssas münasibətə görə Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarına minnətdarlığını yazır. 

Sosial şəbəkə istifadəçisi Tural Tağızadə məktubunda narkotiklərə qarşı mübarizədə göstərdikləri fədakər xidmətlərə görə DİN rəhbərliyinə və Siyəzən Rayon Polis Şıbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Sosial şəbəkə istifadəçisi Məhəmməd Muradov məktububda baş verimiş yol nəqliyyat hadisəsi ilə bağlı Nərimanov Rayon Polis İdarəsinə müraciət etdiyini, aparılan araşdırmalar zaman ona göstərilən diqqət və qayğıya görə DİN rəhbərliyinə və Nərimanov RPİ-nin əməkdaşlarına minnətdarlığını bildirir. 

İqtisad üzrə fəlsəfə doktoru, dossent Səyyad Ağayev müraciətinin operativ və müsbət həll olunduğu üçün DİN rəhbərliyinə və Azərbaycan Polisinə təşəkkürünü bildirir.