Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
20.08.2026 - Quba rayon sakini Nicat Məmmədov
Quba rayon sakini Nicat Məmmədov ailə-məişət problemləri ilə bağlı etdiyi müraciətinə həssaslıqla yanaşılıb müsbət həll edilməsinə görə Quba RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.
20.08.2026 - Balakən rayon sakini Ülviyyə Müslümova
Balakən rayon sakini Ülviyyə Müslümova itirdiyi portmanatının qısa zaman ərzində tapılaraq təhvil verilməsinə görə Quba RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.
20.08.2026 - Vətəndaş Hacı Bağırov
Vətəndaş Hacı Bağırov etdiyi müraciətinin operativ araşdırılmasına, eləcə də müsbət həll edilməsinə görə Quba RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.
20.08.2026 - Sumqayıt şəhər sakini Zöhrə Səfərova
Sumqayıt şəhər sakini Zöhrə Səfərova ailə-məişət problemləri ilə bağlı etdiyi müraciətinə həssaslıqla yanaşılıb müsbət həll edilməsinə görə Quba RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.
20.08.2026 - Bir qrup vətəndaş
Vətəndaşlar Orxan Məmmədov, Nemət Səmədov, Azər Dadaşov, İbrahim İbrahimxəlilov, Fərid Ağamirzəyev, Polad Ömərov, Yunis Bəkmirzəyev və Üzeyir Qadiyev DİN rəhbərliyinə ünvanladıqları təşəkkür məktublarında ictimai qaydanın və təhlükəsizliyin təmin olunmasında, hüquqazidd əməllərin qarşısının alınmasında, o cümlədən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizədə xidməti vəzifə borclarını layiqincə yerinə yetirdiklərinə, fədakarlıq nümayiş etdirdiklərinə görə Azərbaycan polisinə minnətdarlıqlarını bildirirlər.
20.08.2026 - Bərdə rayon sakini Zahir Allahverdiyev
Bərdə rayon sakini Zahir Allahverdiyev DİN-ə ünvanladığı təşəkkür məktubunda vətəndaşlara göstərilən diqqətə və qayğıya, eləcə də xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə başda DİN rəhbərliyi olmaqla, Ağdam, Naftalan, Qax, Bərdə, Şuşa və Goranboy RPŞ-nin rəhbərliklərinə və əməkdaşlarına təşəkkür edir.
19.08.2026 - Masallı rayon sakini Elnur Kazımov
Masallı rayon sakini Elnur Kazımov Daxili İşlər Nazirliyinə təşəkkür məktubu yazıb. O, müraciətinə çevik reaksiya verildiyi üçün DİN rəhbərliyinə təşəkkürünü bildirir.
19.08.2026 - Masallı rayon sakini Qadir Mirzəyev
Masallı rayon sakini Qadir Mirzəyev Daxili İşlər Nazirliyinə təşəkkür məktubu yazıb. O, müraciətinə operativ baxılmasına, ona lazımi köməyin göstərilməsinə və məsələnin müsbət həllini tapmasına görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.
19.08.2026 - Bir qrup Astara rayon sakini
Astara rayon sakinləri Elvin Nəsirov, Səddam Əliyev, Heydər Əliyev və Səfər Səfərzadə DİN-ə yazdıqları təşəkkür məktublarında xidməti vəzifələrinin öhdəsindən layiqincə gəldiklərinə, rayon ərazisində cinayətkarlığa, o cümlədən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı aparılan qətiyyətli mübarizə tədbirlərinə görə Astara Rayon Polis Şöbəsinin rəhbərliyinə və şəxsi heyətinə minnətdarlıqlarını ifadə edirlər.