Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
21.08.2026 - Abşeron rayon sakini Mehman Əliyev
Abşeron rayon sakini Mehman Əliyev müraciətinə operativ baxılaraq tez bir zamanda probleminin həllini tapmasında göstərdikləri köməkliyə görə Nəsimi Rayon Polis İdarəsinin rəhbərliyinə minnətdarlığını bildirir.
21.08.2026 - Quba rayon sakini Pərvin Babayev
Quba rayon sakini Pərvin Babayev müraciətinə operativ baxılmasına və onun müsbət həllinin təmin edilməsində göstərdikləri köməkliyə görə Quba Rayon Polis Şöbəsinin rəhbərliyinə təşəkkürünü bildirir.
21.08.2026 - Vətəndaş Rasim Abdullayev
Vətəndaş Rasim Abdullayev itirdiyi mobil telefonunun tez bir zamanda tapılaraq ona təhvil verilməsində göstərdikləri köməkliyə görə Qobustan Rayon Polis Şöbəsinin əməkdaşlarına minnətdarlıq edir.
21.08.2026 - Sosial şəbəkə istifadəçisi Sevinc Quliyeva
Sosial şəbəkə istifadəçisi Sevinc Quliyeva pulunun ələ keçirilməsi ilə bağlı şikayətinə operativ baxılaraq dəyən maddi ziyanın ödətdirilməsində göstərdikləri köməkliyə görə Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin kollektivinə təşəkkürünü bildirir.
21.08.2026 - Sosial şəbəkə istifadəçisi Tağı Seyidov
Sosial şəbəkə istifadəçisi Tağı Seyidov baş vermiş yol-nəqliyyat hadisəsi zamanı aparılan araşdırmadan razılıq edir və göstərilən köməkliyə görə Nərimanov Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin əməkdaşlarına minnətdarlıq edir.
21.08.2026 - Vətəndaş İlkin Abdullayev
Vətəndaş İlkin Abdullayev müraciətinə dərhal reaksiya verilməsinə və probleminin qısa müddətdə müsbət həllini tapmasında göstərilən köməkliyə görə Naxçıvan MR DİN rəhbərliyinə təşəkkürünü bildirir.
21.08.2026 - Vətəndaş Aqil Yusifov
Vətəndaş Aqil Yusifov müraciətinə operativ baxılmasına və göstərilən xüsusi diqqətə görə Azərbaycan polisinə təşəkkür edir.
21.08.2026 - Sosial şəbəkə istifadəçisi Elvira Cəbrayılova
Sosial şəbəkə istifadəçisi Elvira Cəbrayılova üzləşdiyi problemlə bağlı müraciətinə qısa zaman ərzində operativ baxılaraq göstərilən köməkliyə görə Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Şöbəsinin rəhbərliyinə təşəkkürünü bildirir.
21.08.2026 - Sosial şəbəkə istifadəçisi Cavad Eyyubov
Sosial şəbəkə istifadəçisi Cavad Eyyubov müraciətinə operativ baxılaraq ona dəyən maddi ziyanın ödətdirilməsində göstərdikləri köməkliyə görə Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin əməkdaşlarına minnətdarlıq edir.