Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Cəlilabad rayon sakini Elman Muradov Daxili İşlər Nazirliyinə yazdığı məktubunda onu narahat edən problemlə bağlı müraciətinə operativ baxılmasına, ona lazımi köməyin göstərilməsinə və məsələnin müsbət həllini tapmasına görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.

Mingəçevir şəhər sakini Qaragöz Quluyeva DİN-ə təşəkkür məktubu yazıb. O, müraciətinə operativ baxılmasına və ona dəymiş maddi ziyanın ödənilməsinin təmin edilməsinə görə Mingəçevir Şəhər Polis Şöbəsinin rəhbərliyinə təşəkkürünü bildirir.

Lənkəran rayon sakini Xandadaş Hacıyev Daxili İşlər Nazirliyinə təşəkkür məktubu yazıb. O, müraciəti ilə əlaqədar Lənkəran Şəhər Rayon Polis Şöbəsinin rəhbərliyi tərəfindən qəbul edildiyini, onu narahat edən problemin müsbət həllini tapdığını yazır və minnətdarlığını bildirir.

Tərtər rayon sakini İlham Abbasov Daxili İşlər Nazirliyinə yazdığı məktubunda xidməti vəzifələrini və peşə fəaliyyətini layiqincə yerinə yetirdiyinə görə Tərtər Rayon Polis Şöbəsinin rəhbərliyinə təşəkkürünü bildirir.

Ağdam rayon sakini Zahir Allahverdiyev DİN-ə yazdığı məktubunda xidməti vəzifələrini layiqincə yerinə yetirdiklərinə, vətəndaşlarla nəzakətli davranışa və humanistliyə görə Xankəndi Şəhər Polis Şöbəinin rəhbərliyinə və Dövlət Yol Polisi  Bölməsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Ağcabədi rayon sakini Şəmsi Mirzəzadə DİN-ə yazdığı məktubunda müraciətinə operativ baxıldığı üçün təşəkkürünü bildirir.

Göygöl rayon sakini Oğlangərək Mirzəxanova Daxili İşlər Nazirliyinə təşəkkür məktubu yazıb. O, dələduzluqla üzləşməsi barədə müraciətinin Göygöl Rayon Polis Şöbəsində operativ araşdırılmasına, ona dəymiş maddi ziyanın ödətdirilməsinə görə təşəkkürünü bildirir.

Göygöl rayon sakini Pərvin Əhmədov Daxili İşlər Nazirliyinə təşəkkür məktubu yazıb. O, müraciətinə operativ baxıldığı üçün Baş Cinayət Axtarış İdarəsi və Gəncə Şəhər Baş Polis İdarəsinin rəhbərliyinə və şəxsi heyətinə təşəkkürünü bildirir.

Bakı şəhər sakini Nigar Fərzəliyeva üzləşdiyi problem ilə bağlı etdiyi müraciətinə operativ reaksiya verilməsinə və müsbət həll olunmasına görə başda DİN rəhbərliyi olmaqla, Saatlı RPŞ-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkür edir.