Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Saatlı rayon sakini Məhəbbət Fərəcli DİN-ə ünvanladığı təşəkkür məktubunda etdiyi müraciətinə operativ reaksiya verilməsinə və müsbət həll olunmasına görə başda DİN rəhbərliyi olmaqla, Saatlı RPŞ-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkür edir.

İsrail Respublikasının vətəndaşı Soubaeva Tamara İsralı DİN-ə ünvanladığı təşəkkür məktubunda üzləşdiyi problem ilə bağlı etdiyi müraciətinin qisa müddət ərazində müsbət həll olunmasına görə başda DİN rəhbərliyi olmaqla, Oğuz RPŞ-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkür edir.

Hacıqabul rayon sakini Lumu Əhədova DİN-ə ünvanladığı təşəkkür məktubunda etdiyi müraciətinin müsbət həll olunmasına və ona dəymiş maddi ziyanın ödənilməsində göstərilən köməkliklərə görə başda DİN rəhbərliyi olmaqla, Hacıqabul RPŞ-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkür edir.

Vətəndaş Sahab Məmmədov etdiyi müraciətinə operativ reaksiya verilməsinə və müsbət həll olunmasına görə DİN rəhbərliyinə təşəkkür edir.

Vətəndaş Zahid Mehdiyev Daxili İşlər Nazirliyinin “İnstagram” səhifəsinə təşəkkür mesajı yazaraq xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə başda DİN rəhbərliyi olmaqla, Xankəndi ŞPŞ-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkür edir.

Şəki rayon Ağsaqqal Şurasının sədri, polis veteranı Vaqif Əhmədov 75 illik yubileyi münasibəti ilə ona göstərilən diqqət və qayğıya görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Sosial şəbəkə istifadəçiləri Türbət Gülməmmədov, Orxan Musayev və Sənay Abbasova xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə Azərbaycan Respublikası və Naxçıvan MR DİN-in rəhbərliyinə minnətdarlığını bildirirlər.

Vətəndaş Aydın Mustafayev Daxili İşlər Nazirliyinin sosial şəbəkə səhifəsinə yazdığı mesajında məişət səs-küyü ilə bağlı müraciətinə operativ baxıldığına, qısa müddətdə araşdırılaraq müvafiq tədbirlərin keçiridiyinə və problemin həll olunduğuna görə Abşeron RPİ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Vətəndaş Yusif Hacızadə baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı müraciətinə operativ baxıldığına, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə görə DİN rəhbərliyinə və Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.