Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Vətəndaş Fəxriyyə Məmmədova rayona gedərkən avtovağzal ərazisində pulunu itirməsi ilə bağlı müraciətinə operativ baxılaraq tez bir zamanda tapılıb ona təhvil verilməsində göstərdikləri köməkliyə görə Binəqədi RPİ və 40-cı Polis Bölməsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Vətəndaş Vüsal Əsədov dələduzluğa məruz qalması ilə bağlı müraciətinə operativ baxılmasına, həssaslıqla yanaşılmasına görə Nərimanov Rayon Polis İdarəsinin və 16-cı Polis Bölməsinin əməkdaşlarının xidməti fəaliyyətini təqdir edir, DİN rəhbərliyinə təşəkkürünü bildirir. 

Vətəndaş Elman Manafov sosial şəbəkə üzərindən ünvanladığı müraciətinə operativ baxılaraq dərhal tədbir görülməsinə görə daxili işlər orqanları əməkdaşlarına təşəkkürünü bildirir. O, Azərbaycan Polisinin hər bir vətəndaşın çətin anında yanında olub, hüquqlarının qorunmasında əsl peşəkarlıq nümayiş etdirməsini təqdir edir.

Vətəndaş Günel Səmədova şantaj olunması ilə bağlı müraciətinə operativ baxılmasına  görə Nəsimi RPİ 22-ci Polis Bölməsinin əməkdaşlarına təşəkkürünü bildirir. O, vətəndaş müraciətlərinə həssaslıqla yanaşılmasını yüksək qiymətləndirir.

Vətəndaş Feyzi Bayramov DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında Binəqədi rayonu ərazisində cinayətkarlığın qarşısının alınması istiqamətində aparılan qətiyyətli mübarizə tədbirlərinə görə DİN rəhbərliyinə və 43-cü Polis Bölməsinin əməkdaşlarına təşəkkürünü bildirir. 

Abşeron rayon sakini Samid Rəhimov Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda gecə-gündüz yorulmadan xidmət aparan, ictimai asayişi və ictimai təhlükəsizliyi ayıq-sayıq qoruyan, xidməti vəzifələrini layiqincə yerinə yetirən Azərbaycan polisinə minnətdarlığını bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır. 

Bakı şəhər sakini Kamallədin Məmmədov Daxili İşlər Nazirliyinə təşəkkür məktubu ünvanlayıb: “Mən ölkənin ictimai asayişini qoruyan, o cümlədən cinayətkarlığın, inzibati pozuntuların qarşısını alan və müraciətlərə operativ yanaşan, yüksək peşəkarlıq və şücayət göstərən Azərbaycan polisinə dərin ehtiramla öz təşəkkürümü bildirirəm”.

Bakı şəhər sakini Cahangir Qafarov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, DİN-in “Instagram” səhifəsi vasitəsilə ünvanladığı müraciətinə operativ baxıldığına və tədbirlər görüldüyünə görə DİN rəhbərliyinə və Azərbaycan polisinə təşəkkürünü bildirir.

Bakı şəhər sakini Vüsalə Hümbətova DİN rəhbərliyinə ünvanladığı təşəkkür  məktubunda müraciətinə operativ və obyektiv baxılmasına, probleminin tez bir zamanda aradan qaldırılmasında göstərilən köməkliyə görə Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinin şəxsi heyətinə minnətdarlığını bildirir.