Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Zərdab rayon sakini Əyyub İmamalıyev Daxili İşlər Nazirliyinə ünvanlandığı məktubunda üzləşdiyi problem ilə bağlı etdiyi müraciətin obyektiv araşdırıldığına görə DİN rəhbərliyinə və Zərdab RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Şirvan şəhər sakinləri Səmayə Nuriyeva və Humay Quliyeva DİN rəhbərliyinə və Şirvan ŞPŞ-nin əməkdaşlarına minnətdarlıqlarını bildirirlər.

Göyçay rayon sakini, şəhid qardaşı Elnur Rəhimli işğaldan azad edilmiş Ağdam rayonuna səfər etmək istəməsi ilə bağlı müraciətinə operativ reaksiya verildiyinə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Yevlax rayon sakini Mürsəl Göyüşov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda xidməti vəzifələrini layiqincə yerinə yetirdiklərinə görə Şəki ŞRPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Gəncə şəhər sakini Rasim Mirzəyev təşəkkür məktubunda müraciətinə operativ reaksiya verdiklərinə görə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Vətəndaş Nüşirəvan Hüseynov baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar etdiyi müraciətə operativ baxıldığına və qısa müddətdə araşdırılaraq müsbət həll olunduğuna görə Gəncə ŞBPİ-nin əməkdaşlarına təşəkkürünü bildirir.

Ağstafa rayon sakini Xətai Bağırov Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda üzləşdiyi dələduzluq faktı ilə bağlı müraciətinə operativ baxıldığına, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə və ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Vətəndaş Nurami Məmmədov üzləşdiyi problem ilə əlaqədar etdiyi müraciətə həssaslıqla yanaşılaraq qısa zaman kəsiyində həll olunmasında göstərilən köməkliyə görə DİN rəhbərliyinə və Tovuz  RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Bakı şəhər sakini Möhübbət Aslanov