Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
26.02.2024 - Bakı şəhər sakini Sahilə Əliməmmədova
Bakı şəhər sakini Sahilə Əliməmmədova övladlarının təhsil aldığı məktəbdə narkomaniyaya qarşı mübarizə tədbirləri çərçivəsində keçirilən maarifləndirmə görüşünü təqdir edir və Pirallahı RPİ-nin şəxsi heyətinə təşəkkürünü bildirir.
26.02.2024 - Sosial şəbəkə istifadəçisi Kamran Məmmədzadə
Sosial şəbəkə istifadəçisi Kamran Məmmədzadə üzləşdiyi yol-nəqliyyat hadisəsilə bağlı operativ və obyektiv araşdırmaya, eləcə də səmimi qəbula görə Nərimanov RPİ-nin əməkdaşlarına minnətdarlığını yazır.
26.02.2024 - Vətəndaş Ruslan Məmmədov
Vətəndaş Ruslan Məmmədov övladına məxsus velosipedin oğurlanması ilə bağlı müraciətinə operativ baxıldığını, qısa zamanda cinayəti törədən şəxsin saxlanılaraq məsuliyyətə cəlb olunduğunu, velosipedin geri qaytarıldığını qeyd edir və buna görə Xətai RPİ 37-ci Polis Bölməsinin əməkdaşlarına təşəkkürünü bildirir.
26.02.2024 - Bakı şəhər sakini Novruz Rəhimov
Bakı şəhər sakini Novruz Rəhimov naməlum şəraitdə itirdiyi sənədlərinin tez bir zamanda tapılaraq qaytarılmasında göstərdikləri köməkliyə görə Pirallahı RPİ-nin əməkdaşlarına minnətdarlığını bildirir.
26.02.2024 - Vətəndaş Rəqsanə Qafarova
Vətəndaş Rəqsanə Qafarova müraciətinə obyektiv baxılmasına və səmimi qəbula görə Sabunçu RPİ 14-cü Polis Bölməsinin şəxsi heyətinə təşəkkürünü ifadə edir.
26.02.2024 - Pirallahı rayonunda yerləşən 168 saylı tam orta məktəbin direktor müavini...
Pirallahı rayonunda yerləşən 168 saylı tam orta məktəbin direktor müavini Türkel Abdıyeva DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, Pirallahı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən rayon ərazisindəki məktəblərdə, o cümlədən qeyd olunan məktəbdə narkomaniya əleyhinə və kibertəhlükəsizliklə bağlı mütəmadi olaraq maarifləndirici tədbirlər keçirildiyini qeyd edir. Bu tədbirlərin təqdirəlayiq olduğunu, həmçinin uşaqların maarifləndirilməsində və məlumatlı olmasında böyük rolu olduğunu qeyd edən direktor müavini özü və məktəbin rəhbərliyi adından DİN rəhbərliyinə və Pirallahı Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürlərini bildirir.
26.02.2024 - Vətəndaş Günay Muradəliyeva
Vətəndaş Günay Muradəliyeva DİN-in “Instagram” səhifəsinə mesaj yazaraq səhifə vasitəsilə etdiyi müraciətinə operativ baxılmasına, Bakı Şəhər Baş Polis İdarəsində aparılan obyektiv araşdırmalarla müsbət həll olunmasına və operativliyə görə DİN rəhbərliyinə və Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
26.02.2024 - Vətəndaş Elmar Budaqlı
Vətəndaş Elmar Budaqlı DİN-in “Instagram” səhifəsinə mesajında müraciəti üzrə aparılan araşdırma nəticəsində qısa müddətdə müsbət həll olunduğunu qeyd edir, obyektivliyə və hüquqlarının təmin olunmasına görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.
26.02.2024 - Vətəndaş Kamran İbadov
Vətəndaş Kamran İbadov DİN-in “Facebook” səhifəsinə mesajında müraciətinə operativ baxıldığını, Nizami Rayon Polis İdarəsində araşdırma aparılaraq qısa müddətdə müsbət həll olunduğunu qeyd edir, göstərilən diqqətə və operativliyə görə təşəkkürünü bildirir.