Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Şəhid atası Pirəli Orucəliyev öz təşəkkür məktubunda bu qurumda gənc əməkdaşlara göstərilən diqqət və qayğıdan razılığını ifadə edir, həmin diqqətdən onun ailəsinə də sevinc payı düşdüyünü yazır. Digər oğluna zabit rütbəsi verilərək xidmətdə irəli çəkilməsinə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Bakı şəhər sakini Kənan Qasımov DİN-ə ünvanlandığı təşəkkür məktubunda müraciətinə Yasamal RPİ-nin Dövlət Yol Polisi Şöbəsində operativ baxılaraq həllini tapdığına görə minnətdarlığını bildirir.

Bakı şəhər sakini Şəhriyar Əliyev DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinə etdiyi şikayət ərizəsinə vaxtında və operativ baxıldığına görə minnətdarlıq edir.

Bakı şəhər sakini Vaqif Rəhimov DİN rəhbərliyinə ünvanladığı minnətdarlıq məktubunda üzləşdiyi problemin qısa zamanda aradan qaldırılmasına göstərilən köməkliyə görə Bakı Baş Polis İdarəsinin əməkdaşlarına təşəkkür edir.

Bakı şəhər sakini Aytəkin Bayramova DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda müraciətinə tez bir zamanda baxılaraq probleminin həllini tapmasında ona göstərdikləri köməyə görə Xəzər RPİ 3-cü Polis Bölməsinin əməkdaşlarına təşəkkürünü bildirir. İctimai sabitliyin təminində, cinayətkarlıqla mübarizədə, insan hüquq və azadlıqlarının qorunmasında polisin xidməti fəaliyyətini yüksək dəyərləndirir.

Bakı şəhər sakini Afət Hüseynova DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda ölkəmizdəki əmin-amanlığa, cinayətkarlıqla mübarizənin təmininə, insan hüquq və azadlıqlarının qorunmasına görə daxili işlər orqanları əməkdaşlarının fəaliyyətini yüksək qiymətləndirir. Azərbaycan Polisi ilə qürur duyduğunu və hər zaman dəstəklədiyini bildirir.

Polis veteranı, Quba şəhər sakini Azad Əliyev DİN-in Hospitalında müalicə alarkən ona göstərilən diqqət və qayğıya görə təşəkkürünü bildirir.

100 nömrəli orta məktəbin müəllim kollektivi və valideyn kömitəsinin üzvləri Binəqədi Rayon Polis İdarəsinin erkən nikah, dini radikalizm və narkomaniya ilə bağlı keçirdiyi tədbirlərdən, İdarə rəhbərliyinin əhalini narahat edən problemlərin həllində göstərdikləri köməklikdən razılıqlarını ifadə edir, həmkarlarımıza xidmətdə uğurlar azulayırlar.

Asayişin keşiyində ayıq-sayıq dayandığına, ölkəmizdə sabitliyi pozmağa cəhd edənlərin pozuculuq xarakterli hərəkətlərinin qarşısını almaqda həm də vətəndaş mövqeyi nümayiş etdirdiyinə görə polis veteranı Elçin Vəliyev həmkarlarımıza təşəkkürünü bildirir.