Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Vətəndaş Ruslan Qabdulin DİN-in “Instagram” səhifəsinə mesajında Pirallahı rayonunun Gürgan qəsəbəsi ərazisində üzləşdiyi yol-nəqliyyat hadisəsi zamanı ərazidə xidmət aparan Yol Patrul Xidməti əməkdaşlarının ona müvafiq köməklik göstərdiklərini qeyd edərək Pirallahı RPİ-nin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Şəki rayon sakini Rasim Adıgözəlov təşəkkür məktubunda müraciətinə operativ reaksiya verdiklərinə və xidməti vəzifələrini layiqincə yerinə yetirdiklərinə görə Şəki ŞRPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Cəlilabad rayon sakini Aydın Şahverdiyev DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda avtomobil yollarında hərəkətin təhlükəsizliyinin etibarlı şəkildə təmin olunmasına və yol polisi əməkdaşlarının xidməti vəzifələrinin öhdəsindən layiqincə gəldiklərinə görə minnətdarlığını ifadə edir.

76 saylı Lənkəran-Masallı DSK-nın 25 saylı seçki komissiyasının üzvləri öz təşəkkür məktublarında növbədənkənar prezident seçkiləri zamanı həmin seçki məntəqəsinə təhkim olunmuş polis əməkdaşlarının apardıqları nümunəvi xidmətə və xidməti-peşə vəzifələrinin öhdəsindən layiqincə gəlmələrinə görə minnətdarlıqlarını bildirirlər.

Cəlilabad rayon sakini Elsevər Məmmədov öz təşəkkür məktubunda müraciətinə çevik reaksiya verilməsinə və üzləşdiyi çətinliklə bağlı ona köməkliyin göstərilməsinə görə DİN rəhbərliyinə minnətdarlığını ifadə edir.

Astara rayon sakini Namiq Muradov qaçırılan avtomobilinin qısa zaman ərzində Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tapılaraq ona qaytarılmasına görə təşəkkürünü bildirir.

Lənkəran rayon sakini Seymur Əhmədov öz təşəkkür məktubunda müraciəti ilə əlaqədar olaraq Şəhər Rayon Polis Şöbəsinin rəhbərliyi tərəfindən qəbul edilməsindən və araşdırmanın gedişindən razılığını ifadə edir və minnətdarlığını bildirir.

Cəlilabad rayon sakini Elnur Məmmədov xidməti vəzifələrinin öhdəsindən layiqincə gəldiyinə görə Rayon Polis Şöbəsinin dövlət yol polisi bölməsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Cəlilabad rayon sakini Samir Yarıyev öz təşəkkür məktubunda rayon ərazisində ictimai asayişin təmin olunmasına, cinayətkarlığa qarşı aparılan qətiyyətli mübarizə tədbirlərinə görə Cəlilabad Rayon Polis Şöbəsinin rəhbərliyinə minnətdarlığını bildirir.