Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Füzuli rayon sakini Kərim Rəhimli öz təşəkkür məktubunda Bakı şəhər Baş Polis İdarəsində müraciətinə obyektiv baxılaraq müsbət həll olunmasına göstərilən köməkliyə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Astara rayonunda yaşayan G.Vəliyeva ailə münaqişəsi müraciəti ilə bağlı Rayon Polis Şöbəsinə dəvət olunduğuna, hüquqlarının izah olunduğuna və obyektiv baxılaraq probleminin həll olunduğuna görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.

Bakı şəhər sakini Tükəzban Əliyeva DİN-ə ünvanladığı məktubunda üzləşdiyi problemlə əlaqədar etdiyi müraciətə operativ reaksiya verilərək həll olunmasında göstərdikləri köməkliyə görə Sabunçu RPİ DYPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Bakı şəhər sakini Hürnisə Kərimova DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda yazır: “Hüquqlarımın pozulması ilə bağlı Sabunçu Rayon Polis İdarəsinə müraciət etdim. Şikayətimlə bağlı məni idarənin rəisi Eldar İlyasov qəbul etdi və problemimlə əlaqədar lazımi köməklik göstərildi”. O, vətəndaşlara göstərilən diqqət və qayğının polis-vətəndaş münasibətlərinin günü-gündən daha da yaxşılaşmasına zəmin yaratdığını qeyd edir.

Bakı şəhər sakini Mətanət Əbilova DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda baş vermiş oğurluq hadisəsinin üstünün tez bir zamanda açılaraq ona dəyən ziyanın ödənilməsində göstərdikləri köməyə görə Xətai RPİ 37-ci PŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir. O, Azərbaycan Polisinin xidməti fəaliyyətini yüksək dəyərləndirir və müvəffəqiyyətlər diləyir.

Mingəçevir şəhər sakini Abduləli Cəfərov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda müraciətinə operativ və obyektiv şəkildə baxılaraq ona dəyən ziyanın ödənilməsində göstərdikləri köməyə görə Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Astara rayonunun Pensər kənd sakini Samir Mürsəlov öz təşəkkür məktubunda etdiyi müraciətin müsbət şəkildə həllini tapmasına görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Astara şəhər sakini Əli Əliyev DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda yollarda hərəkətin təhlükəsizliyinin təmin olunmasına, nəqliyyat vasitələrinin və piyadaların rahat şəkildə hərəkətinin təşkilinə görə Rayon Polis Şöbəsinin rəhbərliyinə və DYPB-nin rəisi, polis mayoru İlqar Rəhimzadəyə minnətdarlığını ifadə edir.

Ağsu rayonu Muradlı kənd sakini Fariz Nəsirov DİN rəhbərliyinə göndərdiyi təşəkkür məktubunda ona məxsus mağazadan oğurluq etmiş şəxsin qısa zaman kəsiyində tutularaq istintaqa təhvil verilməsində əsl peşəkarlıq göstərən Ağsu RPŞ-nin əməkdaşlarına təşəkürünü bildirir.