DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Gəncə şəhər sakini Qalib Qarayev göndərdiyi təşəkkür məktubunda sabitliyin keşiyində ayıq-sayıq dayanan, əmin-amanlığı qoruyan Azərbaycan Polisinə təşəkkür edir.

Bakı şəhər sakini Rəsmiyyə Məmmədova pozulmuş hüquqlarının bərpası ilə bağlı DİN-in Baş İstintaq və Təhqiqat İdarəsində aparılan operativ və düzgün araşdırmaya görə təşəkkürünü bildirir.

Bakı şəhər sakini Zaur İsgəndərov noyabrın 10-da yaşadıqları binada baş verən yanğın nəticəsində köməksiz qalan sakinlərlə yanaşı, həyat yoldaşının və yeni doğulmuş körpəsinin köməyinə çatan həmkarımız, Azərbaycan Respublikasında İNTERPOLUN Milli Mərkəzi Bürosunun əməkdaşı Natiq Qasımova təşəkkürünü bildirir.

Estoniya vətəndaşı Elena Anstal göndərdiyi məktubda bildirir ki, bu ilin iyulunda kibercinayətkarlar tərəfindən bank hesabından oğurluq edilib. Araşdırmalar zamanı məlum olub ki, cinayət beynəlxalq qruplaşma tərəfindən törədilib və oğurluğun bir hissəsi ölkəmizin hüdudlarında həyata keçirilib. Bununla bağlı E.Anstal Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət edib. Polis əməkdaşlarının operativ fəaliyyəti nəticəsində ölkə ərazisində cinayəti törətmiş şəxs məsuliyyətə cəlb edilib və 10.000 avro zərərçəkmişə geri qaytarılıb. Estoniya vətəndaşı buna görə DİN rəhbərliyinə və BMCMİ əməkdaşlarına təşəkkür edir.

Analoji oğurluq digər Estoniya vətəndaşı Tatjana Varakutanın bank hesabından da edilib. Bu dəfə də Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə edilən müraciətdən sonra 10.070 avro zərərçəkmişə qaytarılıb. T.Varakuta buna görə BMCMİ-nin əməkdaşı, polis mayoru Sənan Abdullayeva və onun timsalında Azərbaycan polisinə minnətdarlığını bildirir.

Qazax rayon sakini Faiq İsgəndərov göndərdiyi məktubda yazır ki, Goran ticarət mərkəzində mobil telefonunu, həmçinin, ona və ailəsinə məxsus sənədləri itirib. Lakin polis əməkdaşı Ramil Eyvazov tərəfindən sənədlər tapılaraq ona qaytarılıb. F.İsgəndərov buna görə polisə təşəkkür edir.

Bakı şəhərində yaşayan Anar Məmmədov göndərdiyi məktubda bildirir ki, noyabrın 21-də, axşam saat 22:00 radələrində Keşlə Dəmiryol Stansiyasının yaxınlığında yaşlı bir dəmiryol işçisinə polis əməkdaşının kömək etdiyinin, ona dərman alıb gətirdiyinin və problemi ilə maraqlandığının şahidi olub. A.Məmmədov polisin bu cür humanist hərəkətindən qürur hissi keçirdiyini yazır.

Binə qəsəbə sakini Şurkina Natalya Valentinovna göndərdiyi teleqramda bildirir ki, yaşadığı evdə törədilmiş oğurluq hadisəsinin üstü Xəzər RPİ əməkdaşları tərəfindən qısa müddət ərzində açılıb. Buna görə vətəndaş DİN rəhbərliyinə və Xəzər RPİ əməkdaşlarına minnətdarlıq edir.

Bakı şəhər sakini Azər Paşayev DİN-ə ünvanladığı məktubunda Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarının fəaliyyəti ilə bağlı təşəkkür edir.

Balakən rayon Talalar kənd sakini Qahirə Balayeva DİN-ə ünvanladığı məktubunda RPŞ-nin rəisi, polis polkovniki Elnur Həsənovdan razılıq edir və Azərbaycan polisinə təşəkkürünü bildirir.