Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
14.06.2024 - Sosial şəbəkə istifadəçisi Arzu Qulamov
Sosial şəbəkə istifadəçisi Arzu Qulamov xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə Səbail RPİ 41-ci PB-nin kollektivinə minnətdarlığını ifadə edir.
14.06.2024 - Sosial şəbəkə istifadəçisi İlahə Cəbiyeva
Sosial şəbəkə istifadəçisi İlahə Cəbiyeva aliment borcu ilə bağlı müraciətinə həssas yanaşılmasına və qısa müddətdə həllini tapmasına görə Səbail RPİ-nin əməkdaşlarına təşəkkürünü bildirir.
14.06.2024 - Sosial şəbəkə istifadəçisi Rəvanə Babayeva
Sosial şəbəkə istifadəçisi Rəvanə Babayeva müraciətinə dərhal reaksiya verilməsinə və dəymiş ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə Nəsimi RPİ-nin rəhbərliyinə minnətdarlıq edir.
14.06.2024 - Sosial şəbəkə istifadəçisi Elmira Bədəlova
Sosial şəbəkə istifadəçisi Elmira Bədəlova maddi ziyana məruz qalması ilə bağlı müraciətinin qısa müddətdə müsbət həllini tapmasında göstərilən köməkliyə görə Nəsimi RPİ 21-ci PŞ-nin əməkdaşlarına təşəkkürünü bildirir.
14.06.2024 - Bakı şəhər sakini Mehriban Əhmədli
Bakı şəhər sakini Mehriban Əhmədli müraciətinə operativ baxılmasına və göstərilən köməkliyə görə DİN rəhbərliyi başda olmaqla BBPİ-nin rəhbərliyinə və DİN-in Katibliyinin “Vətəndaşların müraciətləri və qəbulu” şöbəsinin əməkdaşlarına təşəkkür edir.
14.06.2024 - Vətəndaş Əsmər Qaraşov
Vətəndaş Əsmər Qaraşov mənzili ilə bağlı yaranan probleminin müsbət həllini tapmasında göstərilən köməkliyə görə başda DİN rəhbərliyi olmaqla Yasamal RPİ-nin əməkdaşlarına minnətdarlığını bildirir.
14.06.2024 - Bakı şəhər sakini Dəyanət Nəsirov
Bakı şəhər sakini Dəyanət Nəsirov ona məxsus olan avtomobilinin oğurlanması ilə bağlı müraciətinə operativ baxılaraq onun tez bir zamanda tapılıb təhvil verilməsinə görə Nizami RPİ 25-ci PŞ əməkdaşlarına təşəkkür edir.
13.06.2024 - Bakı şəhər sakini Sülhiyyə Novruzova
Bakı şəhər sakini Sülhiyyə Novruzova DİN-in “Facebook” səhifəsinə təşəkkür mesajı yazıb: “Axtarışla bağlı etdiyim müraciət Sumqayıt Şəhər Polis İdarəsi tərəfindən nəzarətə götürülərək müsbət həll edildi. Göstərilən diqqətə görə DİN rəhbərliyinə və Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşlarına minnətdarlığımı bildirirəm. Azərbaycan polisinə fəaliyyətində uğurlar arzulayıram”.
13.06.2024 - Bakı şəhər sakini Aqil Qaraşov
Bakı şəhər sakini Aqil Qaraşov Daxili İşlər Nazirliyinə ünvanladığı müraciətinin müsbət həll olunduğuna görə təşəkkür məktubu ünvanlayıb: “Ailəlikcə yaşadığımız ünvanın qarşı tərəfində fəaliyyət göstərən kafelərin qanunsuz əməlləri ilə bağlı etdiyim müraciətə ərazi üzrə Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsinin əməkdaşları tərəfindən operativ reaksiya verildi və qeyd olunan qanunsuz əməllərinin qarşısının alınması istiqamətində lazımi addımlar da atıldı. Etdiyim vətəndaş müraciətimə operativ reaksiya verildiyinə görə şəxsən öz adımdan, ailə üzvlərimizin adından DİN rəhbərliyinə və Azərbaycan polisinə təşəkkürüm edirəm”.