Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
18.08.2026 - Vətəndaş Nicat Əliyev
Vətəndaş Nicat Əliyev itirdiyi çantası ilə bağlı Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinə etdiyi müraciətə operativ baxıldığını, araşdırma aparılmaqla qısa zamanda tapılaraq ona təhvil verildiyini yazır. O, müraciətinin müsbət həll olunduğunu qeyd edərək DİN rəhbərliyinə minnətdarlığını bildirir.
18.08.2026 - Vətəndaş Yadigar Məmmədov
Vətəndaş Yadigar Məmmədov avtomobil yollarında təhlükəsizliyin etibarlı təmin olunmasına, polis əməkdaşlarının humanistliyinə, xoş rəftarlarına və nəzakətli davranışlarına görə DİN rəhbərliyinə minnətdarlığını bildirir, polis əməkdaşlarına çətin və şərəfli işlərində uğurlar arzulayır.
17.08.2026 - Sosial şəbəkə istifadəçisi Firdovsi Həsənov
Sosial şəbəkə istifadəçisi Firdovsi Həsənov tanışına qarşı törədilən dələduzluq faktı ilə bağlı şikayətinə operativ baxılaraq ona dəyən maddi ziyanın ödətdirilməsində göstərdikləri köməkliyə görə Nərimanov Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
17.08.2026 - Sosial şəbəkə istifadəçisi Nicat Məmişov
Sosial şəbəkə istifadəçisi Nicat Məmişov müraciətinə operativ baxılmasına, həyata keçirilən tədbirlərə və müraciətinin müsbət həll olunmasına görə Naxçıvan Şəhər Polis İdarəsinin rəhbərliyinə minnətdarlıq edir.
17.08.2026 - Sosial şəbəkə istifadəçisi Kamran Yaqublu
Sosial şəbəkə istifadəçisi Kamran Yaqublu baş vermiş yol-nəqliyyat hadisəsi zamanı aparılan araşdırmadan razılıq edir və göstərilən köməkliyə görə Nərimanov Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin kollektivinə təşəkkür edir.
17.08.2026 - Sosial şəbəkə istifadəçisi Rüfət İsmayılov
Sosial şəbəkə istifadəçisi Rüfət İsmayılov yolu keçmək istəyən piyadanı vuraraq törətdiyi yol-nəqliyyat hadisəsi zamanı dərhal hadisə yerinə gələn, vəziyyəti düzgün qiymətləndirərək qərar qəbul edən və ona qanunun tələblərini izah edən Nərimanov Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin əməkdaşlarına minnətdarlığını bildirir.
17.08.2026 - Sosial şəbəkə istifadəçisi İlahə Şükürova
Sosial şəbəkə istifadəçisi İlahə Şükürova yolu keçmək istəyən piyadanı vuraraq törətdiyi yol-nəqliyyat hadisəsi zamanı dərhal hadisə yerinə gələn, vəziyyəti düzgün qiymətləndirərək qərar qəbul edən və ona qanunun tələblərini izah edən Nərimanov Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin əməkdaşlarına təşəkkür edir.
17.08.2026 - Sosial şəbəkə istifadəçisi Məhəmmədəli Talıbov
Sosial şəbəkə istifadəçisi Məhəmmədəli Talıbov xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə Qaradağ Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
17.08.2026 - Sosial şəbəkə istifadəçisi Fərid Qurbanlı
Sosial şəbəkə istifadəçisi Fərid Qurbanlı üzləşdiyi problemlə bağlı müraciətinə qısa zaman ərzində operativ baxılaraq göstərilən köməkliyə görə Şahbuz Rayon Polis Şöbəsinin rəhbərliyinə minnətdarlıq edir.