Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Goranboy rayonunun Yenikənd kənd sakini İkram Nağıyev müraciətinə obyektiv baxılaraq müsbət yöndə həll edilməsinə görə Xocalı rayon Polis Şöbəsinin əməkdaşlarına minətdarlığını bildirir.

Goranboy rayonunun Tapqaraqoyunlu kənd sakini, şəhid ailəsi olan Rahilə Abbasova DİN rəhbərliyinə ünvanladığı məktubunda vətəndaş müraciətlərinə həssas yanaşıldığına, göstərilən diqqətə və operativliyə, habelə xidməti vəzifələrini layiqincə yerinə yetirdiklərinə görə Xocalı RPŞ-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkürünü bildirir.

Bakı şəhər sakini Adil Əliyev DİN-ə ünvanladığı məktubunda pul borcu ilə bağlı üzləşdiyi problemlə əlaqədar etdiyi müraciətə operativ baxıldığına, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə və ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə BMCMİ-nin rəhbərliyinə təşəkkürünü bildirir.

İmişli rayon sakini Səkinə Əliyeva DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda xidməti fəaliyyətini layiqincə yerinə yetirdiyinə görə Rayon Polis Şöbəsinin kollektivinə minnətdarlığını bildirir.

Abşeron rayon sakini Mirayxan Məmmədov qarşılaşdığı problemlə bağlı etdiyi müraciətinə polis əməkdaşları tərəfindən operativ və həssas yanaşıldığına və problemin qısa zamanda müsbət istiqamətdə həll olunduğuna görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Bakı şəhər sakini Günay Quluzadənin Nizami rayonu Babək prospektində azyaşlı oğlanın hərəkətdə olan avtomobillərin yoluna qəsdən çıxmaqla təhlükəli vəziyyət və qəza şəraiti yaratması ilə bağlı etdiyi müraciətə polis əməkdaşları tərəfindəndərhal reaksiya verlidiyinə görə DİO əməkdaşlarına minnətdarlığını bildirir.

Bakı şəhər sakini Namik Rzayev adını bilmədiyi şəxs tərəfindən kobud rəftara həmçinin hədələrə məruz qalması ilə bağlı etdiyi müraciətlə bağlı polis əməkdaşları tərəfindən araşdırma nəticəsində dərhal məsələnin müsbət istiqamətdə həll olunmasına görə DİN rəhbərliyinə dərin minnətdarlığını bildirir.

Bakı şəhər sakini Əlmaniz Ələkbərov humanist polis əməkdaşlarına görə DİN rəhbərliyinə, o cümlədən xidməti vəzifələrini və peşə fəaliyyətini layiqincə yerinə yetirən Balakən Rayon Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Bakı şəhər sakini Zalxa İsayeva məktubunda mobil telefonunun oğurlanması barədə müraciəti ilə əlaqədar Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə dəvət edildiyini, hüquq və vəzifələrinin ona izah olunduğunu və aparılan araşdırmalar barədə ətraflı məlumat verildiyini qeyd edir. O, müraciətinə diqqətlə baxıldığına və həyata keçirilən tədbirlərə görə 29-cu Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.