Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
28.11.2023 - Sosial şəbəkə istifadəçisi Suğra Quliyeva
Sosial şəbəkə istifadəçisi Suğra Quliyeva itirdiyi telefonun tapılmasında göstərdikləri köməkliyə görə Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
28.11.2023 - Bakı şəhər sakini Bayram Aslanov
Bakı şəhər sakini Bayram Aslanov xidməti vəzifə borclarını layiqincə yerinə yetirdiklərinə və operativliyə görə DİN Mətbuat Xidmətinin əməkdaşlarına təşəkkürünü bildirir.
28.11.2023 - Psixoloq İlahə Əliyeva və Vətən Müharibəsi qazisi Anar Əhmədov
Psixoloq İlahə Əliyeva və Vətən Müharibəsi qazisi Anar Əhmədov ictimai asayişin qorunmasında və nümunəvi xidmətlərinə görə Pirallahi Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
28.11.2023 - Polis veteranı Nizami Həmidov
Polis veteranı Nizami Həmidov müraciətinə həssas yanaşılmasına və göstərilən diqqətə görə Azərbaycan Polisinə minnətdarlığını bildirir.
28.11.2023 - Neftçala rayon sakini, şəhid anası Təranə Ələkbərova
Neftçala rayon sakini, şəhid anası Təranə Ələkbərova Daxili İşlər Nazirliyinə ünvanladığı təşəkkür məktubunda şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə başda DİN rəhbərliyini olmaqla, Neftçala RPŞ-nin rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını bildirir.
28.11.2023 - Şirvan şəhər sakini Zəfər Babazarov
Şirvan şəhər sakini Zəfər Babazarov Daxili İşlər Nazirliyinə ünvanladığı təşəkkür məktubunda xidməti vəzifələrini və peşə fəaliyyətini layiqincə yerinə yetirdiklərinə görə Şirvan ŞPŞ-nin rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını bildirir.
28.11.2023 - Mingəçevir şəhər sakini Qənirə Mirzəyeva
Mingəçevir şəhər sakini Qənirə Mirzəyeva DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda müraciətinin obyektiv araşdırılmasına görə Mingəçevir ŞPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.
28.11.2023 - Göyçay rayon sakini Bəhram Mirzəliyev
Göyçay rayon sakini Bəhram Mirzəliyev müraciətinə operativ reaksiya verilməsinə və ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə DİN rəhbərliyinə və Göyçay RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.
28.11.2023 - Mingəçevir şəhər sakini Təhminə Qasımova
Mingəçevir şəhər sakini Təhminə Qasımova müraciətinə operativ reaksiya verildiyinə və obyektiv araşdırılmasına görə Mingəçevir ŞPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.