Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
20.01.2024 - Sosial şəbəkə istifadəçiləri Ramilə Vəliyeva və Zeynəb Qədirova
Sosial şəbəkə istifadəçiləri Ramilə Vəliyeva və Zeynəb Qədirova ictimai asayişin və təhlükəsizliyin təmin olunmasında, hüquqazidd əməllərin qarşısının alınmasında, vətəndaşların qanuni mənafelərinin, eləcə də hüquq və azadlıqlarının etibarlı qorunmasında xidməti vəzifə borclarını layiqincə yerinə yetirdiklərinə görə Azərbaycan Polisinə təşəkkürlərini bildirirlər.
20.01.2024 - Sosial şəbəkə istifadəçisi Günel Bayramova
Sosial şəbəkə istifadəçisi Günel Bayramova üzləşdiyi dələduzluqla bağlı etdiyi müraciətə operativ reaksiya verilərək qısa zaman kəsiyində həll olunmasında, eləcə də dəymiş maddi ziyanın ödətdirilməsində ona göstərdikləri köməkliyə görə Nəsimi RPİ-nin əməkdaşlarına minnətdarlığını ifadə edir.
20.01.2024 - Bakı şəhər sakini Mehman Əliyev
Bakı şəhər sakini Mehman Əliyev üzləşdiyi problemlə əlaqədar etdiyi müraciətə həssaslıqla yanaşılaraq qısa zaman kəsiyində problemin müsbət həll olunmasında göstərdikləri köməkliyə görə Sabunçu RPİ-nin əməkdaşlarına təşəkkürünü yazır.
20.01.2024 - Bakı şəhər sakini Kamran İsmayılov
Bakı şəhər sakini Kamran İsmayılov etdiyi müraciətə həssas yanaşılmasına və obyektiv baxılmasına görə DİN Baş Mühafizə İdarəsinin şəxsi heyətinə minnətdarlğını bildirir.
20.01.2024 - Sosial şəbəkə istifadəçisi Azər Məmmədov
Sosial şəbəkə istifadəçisi Azər Məmmədov ictimai asayişin və təhlükəsizliyin təmin olunmasında, hüquqazidd əməllərin qarşısının alınmasında, vətəndaşların qanuni mənafelərinin, eləcə də hüquq və azadlıqlarının etibarlı qorunmasında xidməti vəzifə borclarını layiqincə yerinə yetirdiklərinə görə Bakı şəhər BPİ bilavasitə tabe olan Bakı Metropolitenində Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü ifadə edir.
19.01.2024 - Şəki rayon sakini, şəhid atası Amiraslan Sadıqov
Şəki rayon sakini, şəhid atası Amiraslan Sadıqov təşəkkür məktubunda göstərdikləri diqqət və qayğıya görə Şəki ŞRPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.
19.01.2024 - Vətən müharibəsi iştirakçısı Əfqan Zaxmayev
Vətən müharibəsi iştirakçısı Əfqan Zaxmayev DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda göstərdikləri diqqət və qayğıya görə Balakən RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.
19.01.2024 - Mingəçevir şəhər sakini Kənan Xasıyev
Mingəçevir şəhər sakini Kənan Xasıyev müraciətinin müsbət həll olunmasına və dəymiş maddi ziyanın ödətdirilməsinə görə Mingəçevir ŞPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.
19.01.2024 - Vətəndaş Fərqanə Mustafayeva
Vətəndaş Fərqanə Mustafayeva qarlı havada vətəndaşlara göstərdikləri köməkliyə görə DYP əməkdaşlarına minnətdarlığını bildirir.