Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Gəncə şəhər sakini Zahid Babazadə xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə Gəncə ŞBPİ-nin rəhbərliyinə minnətdarlıq edir.

Cəlilabad rayon sakini Hicran İsmayılov xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə DİN rəhbərliyinə və kollektivinə təşəkkürünü bildirir.

Ağcabədi rayon sakini Sərvər Fərzəliyev şəhid ailələrinə və qazilərə göstərdikləri xüsusi diqqət və qayğıya görə Ağcabədi RPŞ-nin rəhbərliyinə minnətdarlıq edir.

Vətəndaş Sevinc Əliyeva müraciətinə operativ baxılmasına və göstərilən diqqətə görə Nərimanov Rayon Polis İdarəsinin rəhbərliyinə və kollektivinə təşəkkürünü bildirir.

Bakı şəhər sakini Südayə Bayramova müraciətinin müsbət həll olunmasında göstərdikləri köməkliyə görə Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin kollektivinə minnətdarlıq edir.

Vətəndaş Kəmalə Hüseynova ona qarşı törədilən dələduzluq faktı ilə bağlı şikayətinə operativ baxılaraq dəyən maddi ziyanın ödətdirilməsində göstərdikləri köməkliyə görə Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

İmişli rayon sakini Məhərrəm Məhərrəmov ünvanladığı təşəkkür məktubunda aparılan araşdırmadan razılıq edir, səmimi qəbula və göstərilən diqqətə görə başda DİN rəhbərliyi olmaqla İmişli RPŞ-nin Təhqiqat Bölməsinin əməkdaşlarına təşəkkür edir.

Sosial şəbəkə istifadəçisi Ceyran Qurbanova müraciətinə həssas yanaşılmasına və qısa müddətdə həllini tapmasına görə Xətai RPİ-nin əməkdaşlarına təşəkkürünü bildirir.

Abşeron rayon sakini Rəhim Haqverdiyev ona qarşı törədilən dələduzluq faktı ilə bağlı şikayətinə operativ baxılaraq dəyən maddi ziyanın bir qisminin ödətdirilməsində göstərdikləri köməkliyə görə Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin əməkdaşlarına minnətdarlıq edir.