Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Vətəndaş Səidə Vəliyeva DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda müraciətinə obyektiv baxılmasına və dəymiş ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə Bakı Şəhər Baş Polis İdarəsinin şəxsi heyətinə təşəkkürünü bildirir.

Vətəndaş Hüseyn Ocaqquliyev DİN rəhbərliyinə ünvanladığı  təşəkkür məktubunda xidməti vəzifə borclarını  layiqincə yerinə yetirdiklərinə, vətəndaş müraciətlərinə həssas yanaşılmasına görə  Azərbaycan Polisinə minnətdarlığını ifadə edir.

Vətəndaş Sahib Musayev DİN rəhbərliyinə ünvanladığı  təşəkkür məktubunda  müraciətinə obyektiv baxılmasına və dəymiş ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə Xətai Rayon Polis İdarəsinin şəxsi heyətinə minnətdarlıq edir.

Vətəndaş Zaur Səfərov DİN rəhbərliyinə ünvanladığı  təşəkkür məktubunda  etdiyi müraciətə dərhal reaksiya verilməsinə, obyektiv baxılmasına, dəymiş ziyanın ödətdirilməsinə, itirdiyi qızılın tapılaraq ona qaytarılmasında göstərilən köməkliyə görə Bakı Şəhər Baş Polis İdarəsinin şəxsi heyətinə  minnətdarlığını bildirirlər.

Vətəndaşlar Tural Hüseynəliyev DİN rəhbərliyinə ünvanladığı  təşəkkür məktubunda həyat yoldaşına məxsus içərisində qızıl-zinət əşyaları olan çantanın itməsilə əlaqədar etdiyi müraciətə dərhal reaksiya verilməsinə, operativ baxılmasına və tez bir zamanda çantanın tapılaraq qaytarılmasında göstərilən köməkliyə görə Sumqayıt Şəhər Polis İdarəsinin şəxsi heyətinə təşəkkürünü bildirir.

Vətəndaş Həbib Meydanov etdiyi müraciətə operativ baxılmasına və probleminin tez bir zamanda həllini tapmasına görə Naxçıvan Muxtar Respublikasının DİN rəhbərliyinə  minnətdarlığını bildirirlər.

Vətəndaş Sübhan Hüseynov DİN rəhbərliyinə təşəkkür məktubu yazaraq daxili işlər nazirliyinin əməkdaşlarının nümunəvi xidmətlərinə görə Azərbaycan Polisinə minnətdarlığını bildirir.

Sosial şəbəkə istifadəçisi Könül Rüstəmova DİN-in “İnstagram” səhifəsinə  minnətdarlıq məktubu yazaraq qarşılaşdığı problemin həllində göstərilən köməyə görə Suraxanı Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Sosial şəbəkə istifadəçisi Mələk Eyubova DİN-in “İnstagram” səhifəsinə  təşəkkür məktubu yazaraq Sabunçu RPİ 15-ci Polis Bölməsinə etdiyi müraciətin nəzarətə götürüldüyünü, itirdiyi mobil telefonunun qısa müddətdə tapılaraq ona geri qaytarıldığını qeyd edərək Azərbaycan Polisinə minnətdarlığını bildirir.