Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Sabiq polis əməkdaşı Şahin Kazımov məktubunda daxili işlər orqanlarında gənc əməkdaşlara göstərilən diqqət və qayğıya görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Vətəndaş Seymur Əhmədzadə DİN-in “Facebook” səhifəsinə təşəkkür mesajı yazıb. O, müraciətinə dərhal reaksiya verildiyinə, Bakı şəhər Baş Polis İdarəsində nəzakətlə qəbul edilərək dinlənildiyinə, obyektiv araşdırma aparılaraq müraciətinin qısa müddətdə müsbət həll olunduğuna və dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə DİN rəhbərliyinə və Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşlarına  minnətdarlığını bildirir.

Sabirabad rayon sakini Seymur Qəhramanov Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda müraciətinə dərhal reaksiya verildiyinə, göstərilən köməkliyə və həyata keçirilən operativ tədbirlərə görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.

Vətəndaş Hikmət Sadiqov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, işlədiyi marketdə baş vermiş oğurluq hadisəsi ilə bağlı Abşeron Rayon Polis İdarəsinə etdiyi müraciətinə dərhal reaksiya verildiyini, polis əməkdaşları tərəfindən keçirilən operativ tədbirlərlə qısa müddətdə bu cinayətin üstünün açıldığını, cinayət əməlini törədən şəxsin saxlanıldığını və dəymiş maddi ziyanın ödətdirildiyini qeyd edir.
H.Sadiqov həyata keçirilən operativ tədbirlərə görə həmin marketin kollektivi adından DİN rəhbərliyinə və Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarına  təşəkkürünü bildirir.

Vətəndaş İlqar Quluyev “Facebook” sosial şəbəkəsindəki hesabında Azərbaycan polisinə təşəkkür postu paylaşıb. O, Gəncə şəhərində baş vermiş oğurluq hadisəsi ilə bağlı paylaşaraq ictimailəşdirdiyi posta dərhal reaksiya verildiyini, polis əməkdaşları tərəfindən keçirilən operativ tədbirlərlə qısa müddətdə bu cinayətin üstünün açıldığını və cinayət əməlini törədən şəxsin saxlanıldığını qeyd edərək DİN rəhbərliyinə və Azərbaycan polisinə minnətdarlığını bildirir.

Abşeron rayon sakini Orxan Abiyev Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda ictimai asayişi ayıq-sayıq qoruyan və xidməti vəzifələrini layiqincə yerinə yetirən Azərbaycan polisinə təşəkkürünü bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayırlar.

Şirvan şəhər sakini Əbülfət Məmmədov Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda müraciətinə Bakı şəhər Baş Polis İdarəsində operativ baxıldığına, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə və ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.

Sosial şəbəkə istifadəçisi Şəmistan Abdullazadə üzləşdiyi kibercinayətkarlıqla bağlı etdiyi müraciətə operativ reaksiya verilərək ona göstərdikləri köməkliyə görə Pirallahı RPİ-nin əməkdaşlarına minnətdarlığını bildirir. 

Vətəndaş Sevinc Quliyeva işlədiyi yerdə köməksiz vəziyyətə düşdüyü üçün polisə müraciət etdiyini və bu çətin vəziyyətdən polisin dəstəyi ilə çıxdığını yazır. Buna görə Pirallahı RPİ-nin əməkdaşlarına təşəkkürünü ifadə edir.