Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Bakı şəhər sakini Kamran Babayev DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda şikayətinə tez bir zamanda baxılaraq obyektiv araşdırma aparılmasını yüksək dəyərləndirir və Azərbaycan Polisinə uğurlar diləyir. 

Bakı şəhər sakini Bəhriyə Əkbərzadə şikayətinə tez bir zamanda baxılaraq müsbət həllini tapmasında göstərdikləri köməkliyə görə Yasamal Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir. O, vətəndaş müraciətlərinə qayğı və hörmətlə yanaşan Azərbaycan Polisi ilə qürur duyduğunu bildirir.

Sosial şəbəkə istifadəçisi Aytac Rzayeva metronun “28 May” stansiyasında itirdiyi əl cantasının tez bir zamanda tapılıb ona təhvil verilməsində göstərdikləri köməyə görə Azərbaycan Polisinə təşəkkürünü bildirir. 

Bakı şəhər sakini Almaz Məmmədova şikayətinə tez bir zamanda baxılaraq ona dəyən ziyanın ödənilməsində göstərdikləri köməkliyə görə Nəsimi RPİ-nin 21-ci Polis Bölməsinin əməkdaşlarına təşəkkürünü bildirir. 

İsmayıllı rayon sakini Zaur Murtuzayev şikayətinə tez bir zamanda və obyektiv şəkildə baxılmasına görə DİN rəhbərliyinə təşəkkürünü bildirir. O, vətəndaş müraciətlərinə həssaslıqla yanaşılmasının polis-vətəndaş münasibətlərinin daha da yaxşılaşmasına zəmin yaratdığını qeyd edir.

İnstagram izləyicimiz Sumqayıt şəhər sakini Rəhman Süleymanzadə vətəndaş müraciətlərinə operativ şəkildə baxılmasını yüksək dəyərləndirir və Azərbaycan Polisinə xidməti fəaliyyətində uğurlar diləyir.

Bakı şəhər sakini Rövşən Kərimov müraciətinə tez bir zamanda baxılaraq həllini tapmasında ona göstərilən köməkliyə görə Azərbaycan Polisinin gərgin xidməti fəaliyyətini yüksək dəyərləndirir. 

Bakı şəhər sakini Nicat Nəsirli mobil telefonunun oğurlanması ilə əlaqədar etdiyi müraciətə həssaslıqla yanaşılaraq qısa zaman kəsiyində tapılmasında, eləcə də işlək vəziyyətdə ona qaytarılmasında göstərdikləri köməkliyə görə Səbail RPİ 9-cu Polis Bölməsinin rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını bildirir. 

Bakı şəhər sakini Elsevər İbrahimov metroda olarkən pul qabını itirməsi ilə əlaqədar etdiyi müraciətə operativ reaksiya verilərək qısa zaman kəsiyində tapılmasında, eləcə də ona qaytarılmasında göstərdikləri köməkliyə görə Azərbaycan Polisinə təşəkkürünü ifadə edir.