Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
11.05.2024 - Bakı şəhər sakini Amin Xıdırov
Bakı şəhər sakini Amin Xıdırov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb: “Göstərilən köməkliyə görə minnətdaram. Məsələ polis əməkdaşlarının yardımı sayəsində həllini tapdı”.
11.05.2024 - Vətəndaş Elgün Rəhimov
Vətəndaş Elgün Rəhimov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb: “Gedəcəyin ünvanın yolunu tanımadığımı bilən yol-patrul xidmətinin əməkdaşları mənə köməklik etdilər, onları yardımı ilə ünvana rahat çatdım. Təşəkkür edirəm!”.
11.05.2024 - Bakı şəhər sakini Zamiq Sərdarov
Bakı şəhər sakini Zamiq Sərdarov müraciətinə operativ baxıldığını və müsbət həll olunduğunu qeyd edərək Azərbaycan polisinə təşəkkürünü bildirir.
11.05.2024 - Bakı şəhər Mətin Qaraquliyev
Bakı şəhər Mətin Qaraquliyev müraciətinə həssas yanaşıldığına və göstərilən köməkliyə görə DİN rəhbərliyinə və Azərbaycan polisinə minnətdarlığını bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.
11.05.2024 - Gəncə şəhər sakini Vüqar Nəzərov
Gəncə şəhər sakini Vüqar Nəzərov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb: “Təşəkkür edirəm. Gəncə Şəhər Baş Polis İdarəsi mənim müraciətim əsasında çox köməklik etdi. Var olsun polisimiz!.”
11.05.2024 - Goranboy rayon sakini Rauf Məmmədov
Goranboy rayon sakini Rauf Məmmədov müraciətinə operativ reaksiya verilərək müsbət həll olunmasında göstərdikləri köməkliyə görə Azərbaycan Polisinə minnətdarlığını yazır.
11.05.2024 - Vətəndaş Əkbər Abbasov
Vətəndaş Əkbər Abbasov müraciətinə operativ baxılaraq dəyən maddi ziyanın ödətdirilməsində ona göstərdikləri köməkliyə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.
11.05.2024 - İmişli rayon sakini Lamiyə Abışova
İmişli rayon sakini Lamiyə Abışova üzləşdiyi problemlə əlaqədar etdiyi müraciətə operativ reaksiya verilərək qısa zaman kəsiyində müsbət həll olunmasında göstərdikləri köməkliyə görə DİN rəhbərliyinə minnətdarlığını ifadə edir.
11.05.2024 - Sosial şəbəkə istifadəçisi Rəna Şəfiyeva
Sosial şəbəkə istifadəçisi Rəna Şəfiyeva DİN-in “Facebook” səhifəsinə təşəkkür mesajı göndərib. O, üzləşdiyi problemlə bağlı müraciətinə operativ baxılaraq müsbət həll olunmasında göstərilən köməkliyə görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.