Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
05.02.2024 - Sabirabad rayon sakini, şəhid atası Aqil Vəliyev
Sabirabad rayon sakini, şəhid atası Aqil Vəliyev Daxili İşlər Nazirliyinə ünvanladığı təşəkkür məktubunda üzləşdiyi problem ilə bağlı etdiyi müraciətinin müsbət həll olunmasına görə başda DİN rəhbərliyi olmaqla, Sabirabad RPŞ-nin rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını bildirir.
03.02.2024 - Balakən rayon sakini Hüseyn Həsənov
Balakən rayon sakini Hüseyn Həsənov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda müraciətinin müsbət həll olunmasına və dəymiş maddi ziyanın ödətdirilməsinə görə Balakən RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.
03.02.2024 - Mingəçevir şəhər sakini Tatyana Stavseva
Mingəçevir şəhər sakini Tatyana Stavseva müraciətinin obyektiv araşdırılmasına görə Mingəçevir ŞPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.
03.02.2024 - Tovuz rayon sakini Elmir Musayev
Tovuz rayon sakini Elmir Musayev Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda mobil telefonunun oğurlanması ilə bağlı Binəqədi RPİ 7-ci Polis Bölməsinə etdiyi müraciətinə çevik reaksiya verildiyinə, polis əməkdaşlarının operativliyi sayəsində müvafiq tədbirlərin görüldüyünə və dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə DİN rəhbərliyinə və Azərbaycan polisinə minnətdarlığını bildirir.
03.02.2024 - Şəmkir rayon sakini Muxtər Abdullayev
Şəmkir rayon sakini Muxtər Abdullayev məktubunda pulunun dələduzluq yolu ilə mənimsənilməsi ilə bağlı etdiyi müraciətinə operativ baxıldığına, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə və ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.
03.02.2024 - Abşeron rayon sakini Gülay Bağırova
Abşeron rayon sakini Gülay Bağırova məktubunda müraciətinə operativ baxıldığına, Abşeron Rayon Polis İdarəsində obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə və ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.
02.02.2024 - Şəhidin həyat yoldaşı Nazlı Həsənova
Şəhidin həyat yoldaşı Nazlı Həsənova Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda şəhid ailələrinə, o cümlədən onların ailəsinə göstərilən köməkliyə, yüksək diqqət və qayğıya görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.
02.02.2024 - Bakı şəhər sakini İsmayıl Yusifov
Bakı şəhər sakini İsmayıl Yusifov bir qrup Binəqədi rayon sakini adından məktubunda yaşadıqları Biləcəri qəsəbəsi ərazisində ictimai asayişin və ictimai təhlükəsizliyin etibarlı təmin olunması üçün gecə-gündüz yorulmadan ayıq-sayıq xidmət aparan Binəqədi Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
02.02.2024 - Bakı şəhər sakini Narıngül Hacıyeva
Bakı şəhər sakini Narıngül Hacıyeva Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda vətəndaş müraciətlərinə həssas yanaşılmasına, göstərilən diqqət və qayğıya, eyni zamanda operativliyə görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.