Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Bakı şəhər sakini Asif Abdullayev baş vermiş yol-nəqliyyat hadisəsinin obyektiv araşdırılmasına görə DİN rəhbərliyi başda olmaqla Bakı şəhər Baş Polis İdarəsinin kollektivinə təşəkkürünü bildirir.

Sosial şəbəkə istifadəçisi Firuzə Zeynalova itirdiyi oğlunun dərhal tapılaraq ona təhvil verilməsində göstərdikləri köməkliyə görə Xəzər Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlıq edir.

Vətəndaş Xətai Qənbərov ona qarşı törədilən dələduzluq faktı ilə bağlı şikayətinə operativ baxılaraq dəyən maddi ziyanın ödətdirilməsində göstərdikləri köməkliyə görə Yasamal Rayon Polis İdarəsinin rəhbərliyinə təşəkkürünü bildirir.

Vətəndaş Yasif Şahhüseynov xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə Azərbaycan Polisinə təşəkkür edir.

Sumqayıt şəhər sakini Zaur Aslanov ona məxsus olan əmlakının oğurlanması faktı ilə bağlı müraciətinə operativ baxılaraq həmin şəxsin tutularaq cinayət məsuliyyətinə cəlb edilməsinə görə Abşeron RPİ-nin İŞ-nin əməkdaşlarına minnətdarlıq edir.

Mingəçevir şəhər sakini Aytəkin Abdullayeva müraciətinə dərhal reaksiya verilməsinə və probleminin müsbət həllini tapmasında göstərilən köməkliyə görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.

Vətəndaş Sərxan Cəfərov ünvanladığı təşəkkür məktubunda Azərbaycan Polisinin xidmətindən razılıq edir, ona göstərilən diqqət və qayğıya görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Bakı şəhər sakini İradə Əliyeva ünvanladığı təşəkkür məktubunda Azərbaycan Polisinin xidmətindən razılıq edir və müraciətinin müsbət həlli ilə bağlı DİN rəhbərliyinə təşəkkürünü bildirir. 

Sumqayıt şəhər sakini Yalçın Feyzizadə vətəndaş müraciətlərinə operativ və obyektiv şəkildə baxılmasının təmin edilməsinə, cinayətkarlıqla mübarizədə atılan qətiyyətli addımlara və şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə DİN rəhbərliyinə minnətdarlıq edir.