Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Quba şəhər sakini Murad Paşayev DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda ictimai qaydanın və təhlükəsizliyin təmin olunmasında, hüquqazidd əməllərin qarşısının alınmasında, o cümlədən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizədə xidməti vəzifə borclarını layiqincə yerinə yetirdiklərinə, fədakarlıq nümayiş etdirdiklərinə görə Quba RPŞ-nin rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını bildirir.

Quba şəhər sakini Valeh Rəsulov rayon ərazisində ictimai asayişin və ictimai təhlükəsizliyin təmin olunmasına görə DİN rəhbərliyinə və xidməti vəzifələrini layiqincə yerinə yetirən Quba Rayon Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.

Gəncə şəhər sakini İlkin Hüseynov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda xidməti fəaliyyətini layiqincə yerinə yetirdiyinə görə Gəncə ŞBPİ-nin minnətdarlığını bildirir.

Bakı şəhər sakini Nicat Əliev DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda şəhid ailələrinə və qazilərə göstərdiyi diqqət və qayğıya görə Gədəbəy RPŞ-nin rəisi, polis polkovniki Mehman Həşimovdan razılığını bildirir.

DİN-nin İnstaqram izləyicisi tərəfindən DİN rəhbərliyinə ünvanladığı müraciətində Nəsimi Rayon Polis İdarəsinin 21-ci PB-nin əməkdaşları tərəfindən narkotacirlərə qarşı keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin yayılmasının qarşısının alınmasına görə Azərbaycan Polisinə minnətdarlıq edir.

Bakı şəhər sakini Emin Məmmədov məktubunda veteranlara göstərilən diqqət və qayğıya görə DİN rəhbərliyinə minnətdarlıq edir.

Bakı şəhər sakini Pərvanə Səlimova DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubu nda etdiyi müraciətə tez bir zamanda və operativ baxılaraq ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə Sabunçu RPİ-nin şəxsi heyətinə minnətdarlıq edir.

DİN-nin İnstaqram izləyicisi DİN rəhbərliyinə ünvanladığı müraciətində etdiyi şikayətə operativ və tez bir zamanda baxılaraq narkotik vasitələrin yayılmasının qarşısının alınması istiqamətində aparılan qətiyyətli mübarizəyə görə Azərbaycan Polisinə minnətdarlıq edir.

Saatlı rayon sakini Müşfiq Piriyev DİN-ə ünvanladığı məktubunda müraciətinə operativ baxılaraq qısa zaman kəsiyində həllini tapdığına görə DİN rəhbərliyinə və Rayon Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.