Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
02.03.2022 - Cəlilabad şəhər sakini Əliqənbər Əliyev
Cəlilabad şəhər sakini Əliqənbər Əliyev DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda cinayətkarlığa qarşı mübarizədə atılan qətiyyətli addımlara və vətəndaş müraciətlərinə verilən çevik reaksiyaya görə Cəlilabad RPŞ-nin rəhbərliyindən razılığını ifadə edir.
02.03.2022 - Lənkəran şəhər sakini İsmayıl Cəfərli
Lənkəran şəhər sakini İsmayıl Cəfərli DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda müraciətinə çevik reaksiya verilməsinə görə minnətdarlığını ifadə edir.
02.03.2022 - Biləsuvar rayon sakini Elbəyi Məmmədov
Biləsuvar rayon sakini Elbəyi Məmmədov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda şəhid ailələrinə göstərilən xüsusi diqqətə və qayğıya görə Biləsuvar Rayon Polis Şöbəsinin rəhbərliyinə minnətdarlığını bildirir.
02.03.2022 - Lənkəran rayon sakini Ramin Əbdülov
Lənkəran rayon sakini Ramin Əbdülov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda Ələt-Astara magistral yolundan işlədiyi Avtomobil Yolları Dövlət Agentliyinin “Avtomobil Yollarının Mühafizəsi Xidməti” MMC-yə aid dirəkləri oğurlayan şəxsin müəyyən edilərək saxlanılmasına və həmin dirəklərin aşkarlanaraq həmin müəssisəyə qaytarılmasına görə minnətdarlığını bildirir.
02.03.2022 - Vətəndaş Mircəlal Mehdiyev
Vətəndaş Mircəlal Mehdiyev cinayətkarlığa qarşı mübarizədə əldə olunan uğurlu nəticələrə, müraciətlərinə verilən çevik reakisyaya, vətəndaşlara göstərilən diqqətə və qayğıya, ictimai asayişin və ictimai təhlükəsizliyin etibarlı şəkildə təmin olunmasına görə DİN rəhbərliyinə öz təşəkkürünü bildirir.
02.03.2022 - Astara rayon sakini Gövhər Dadaşova
Astara rayon sakini Gövhər Dadaşova DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda müraciətinin obyektiv araşdırılmasına və məsələnin müsbət həllini tapmasına görə Astara RPŞ-nin rəhbərliyinə minnətdarlığını bildirir.
02.03.2022 - Lənkəran rayon sakini Aytac Bağırova
Lənkəran rayon sakini Aytac Bağırova yollarda hərəkətin təhlükəsizliyinin etibarlı təmin olunmasına görə Lənkəran ŞRPŞ-nin dövlət yol polisi bölməsinin yol patrul xidmətinin əməkdaşlarından razılığını ifadə edir.
02.03.2022 - Vətəndaş Aysu Qasımova
Vətəndaş Aysu Qasımova öz təşəkkür məktubunda müraciətinin Masallı RPŞ-də obyektiv şəkildə araşdırılmasından razılığını ifadə edir.
02.03.2022 - Vətəndaş Samiq Hüseynov
Vətəndaş Samiq Hüseynov öz təşəkkür məktubunda Biləsuvar RPŞ-nin rəhbərliyi tərəfindən şəhid ailələrinə, qazilərə göstərilən xüsusi diqqətə və qayğıya görə minnətdarlığını bildirir.