Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Siyəzən rayon sakini Nüşabə Güləliyeva daxili işlər naziri tərəfindən  Quba Rayon Polis Şöbəsində keçirilən vətəndaş qəbulunda göstərilən diqqət və qayğıya, həmçinin müraciətinin müsbət həll edilməsinə görə DİN rəhbərliyinə, Siyəzən RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir. 

Şəhid anası olan Quba rayon sakini Bənövşə Mustafayeva daxili işlər naziri tərəfindən Quba Rayon Polis Şöbəsində keçirilən vətəndaş qəbulunda göstərilən diqqət və qayğıya, həmçinin ona maddi yardım göstərilməsinə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Xaçmaz rayon sakini Ruslan Rüstəmov etdiyi müraciətinə həssaslıqla yanaşılmasına və ona dəymiş ziyanın tam ödətdirilməsinə görə Quba RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Biləsuvar rayon sakinləri Anar Məcidov və Bəhlul Hüseyinov öz təşəkkür məktublarında DİN rəhbərliyinin bölgələrdə vətəndaşlarla təşkil olunan görüşləri zamanı qaldırılan məsələlərin operativ qaydada həllini tapmasına, müraciətlərin diqqətlə və həssaslıqla dinlənilərək lazımi köməkliyin göstərilməsinə görə minnətdarlıqlarını ifadə edirlər.

Vətəndaş Həmzə Hüseynov müraciəti ilə əlaqədar Lənkəran Şəhər Rayon Polis Şöbəsinin rəhbərliyi tərəfindən qəbul edilməsinə və məsələnin müsbət həllini tapmasına görə öz təşəkkürünü bildirir.

Vətəndaş Namiq Quliyev öz təşəkkür məktubunda müraciətinə çevik reaksiya verilməsinə və köməklik göstərilməsinə görə minnətdarlığını bildirir.

Biləsuvar rayon sakini Anar Məcidov öz təşəkkür məktubunda vətəndaş müraciətlərinə operativ qaydada baxılmasına və lazımi köməkliyin göstərilməsinə görə Rayon Polis Şöbəsinin rəhbərliyinə minnətdarlığını bildirir.

Biləsuvar rayon sakini Bəhlul Hüseyinov öz təşəkkür məktubunda müraciətinə baxılaraq ona köməkliyin göstərilməsinə və məsələnin müsbət həllini tapmasına görə özünün və ailəsinin adından DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Neftçala rayon sakini Mehman Dadaşov DİN-ə ünvanladığı təşəkkür təşəkkür məktubunda xidməti vəzifələrini və peşə fəaliyyətini layiqincə yerinə yetirdiklərinə görə başda DİN rəhbərliyi olmaqla, Neftçala RPŞ-nin rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını bildirir.