Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

İsmayıllı rayon sakini Xəqani Qasımov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda müraciətinin müsbət həll olunmasına və dəymiş maddi ziyanın ödətdirilməsinə görə Sumqayıt ŞPİ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Vətəndaş Günay Nağıyeva DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, avtomobillə hərəkətdə olarkən Hacıqabul rayonunun Nəvahi kəndi ərazisində yerləşən YPX postuna yaxınlaşanda səhhətinin qəfil pisləşdiyini, postda xidmət aparan yol polisi əməkdaşlarının ona kömək etdiyini qeyd edir.
G.Nağıyeva göstərilən köməkliyə, diqqət və qayğıya görə həmin postda xidmət aparan Yol Patrul Xidmətinin əməkdaşlarına minnətdarlığını bildirir.

Bakı şəhər sakini Anar Kəlbixanov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı ona göstərilən köməkliyə, diqqət və qayğıya görə DİN rəhbərliyinə və Pirallahı Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Bakı şəhər sakini Əfsanə Tağıyeva DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, mülki-hüquqi öhdəliklərdən yayınma faktı ilə bağlı müraciətinə həssas yanaşılmasına, göstərilən diqqətə və operativliyə görə DİN rəhbərliyinə və Səbail Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Hacıqabul rayon sakini Elşən Quliyev Daxili İşlər Nazirliyinə ünvanladığı təşəkkür məktubunda xidməti vəzifələrini və peşə fəaliyyətini layiqincə yerinə yetirdiklərinə görə Hacıqabul RPŞ-nin rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını bildirir.

Şirvan şəhər sakini Haldun Hüseynov Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda etdiyi müraciətinin obyektiv araşdırıldığına görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Vətəndaş Dayandur Hümbətov baş vermiş yol-nəqliyyat hadisəsilə bağlı müraciətinə operativ baxılaraq obyektiv araşdırma aparılmasına görə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Vətəndaş Zümrüd Xəlilova dələduzluğa məruz qalması ilə bağlı müraciətinə operativ baxılaraq müsbət həllini tapmasında göstərdikləri köməkliyə görə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Vətəndaş Vüqar Həsənov müraciətinə tez bir zamanda baxılaraq göstərdikləri köməkliyə görə Azərbaycan Polisinə təşəkkürünü bildirir. O, vətəndaş müraciətlərinə həssaslıqla yanaşılmasını təqdir edir.