Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
20.08.2024 - Sosial şəbəkə istifadəçisi Samirə İmamquliyeva
Sosial şəbəkə istifadəçisi Samirə İmamquliyeva DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, müraciətinə çevik reaksiya verilməsinə, həmçinin göstərilən xoş rəftar və nəzakətli davranışlara görə Goranboy Rayon Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
20.08.2024 - Bakı şəhər sakini Rövşən Zeynalov
Bakı şəhər sakini Rövşən Zeynalov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, pozulmuş hüquqlarının bərpası ilə bağlı müraciətinə operativ baxıldığına və ona hüquq və vəzifələrinin izah edilməsinə görə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.
20.08.2024 - Bakı şəhər sakini Ceyhun Dadaşzadə
Bakı şəhər sakini Ceyhun Dadaşzadə DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, üzləşdiyi dələduzluq faktı ilə bağlı müraciətinə operativ baxıldığına, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə və ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə Sabunçu Rayon Polis İdarəsinin rəhbərliyinə və 12-ci Polis Şöbəsinin əməkdaşlarına minnətdarlığını bildirir.
20.08.2024 - Sumqayıt şəhər sakini Məhəmmədəli Abdullayev
Sumqayıt şəhər sakini Məhəmmədəli Abdullayev müraciətinə həssas yanaşılmasına və göstərilən köməkliyə görə DİN rəhbərliyinə və Suraxanı Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.
20.08.2024 - Bakı şəhər sakini Zaur Əhmədov
Bakı şəhər sakini Zaur Əhmədov məktubunda üzləşdiyi problemlə bağlı Daxili İşlər Nazirliyinə etdiyi müraciətə operativ baxıldığını, araşdırma aparılaraq müvafiq tədbirlərin görüldüyünü yazır. O, müraciətinin müsbət həll olunduğunu qeyd edərək DİN rəhbərliyinə və Azərbaycan polisinə minnətdarlığını bildirir.
20.08.2024 - Bakı şəhər sakini Sevda Əkbərova
Bakı şəhər sakini Sevda Əkbərova məktubunda pul vəsaitinin mənimsənilməsilə bağlı müraciətinə operativ baxıldığına və ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə DİN rəhbərliyinə və Yasamal Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.
20.08.2024 - Vətəndaş Tural Mürsəlov
Vətəndaş Tural Mürsəlov ünvanladığı müraciətinə operativ baxıldığını və ona dəymiş maddi ziyanın tam ödənilməsində göstərilən köməkliyə görə Xətai Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.
20.08.2024 - Vətəndaş Teymur Quliyev
Vətəndaş Teymur Quliyev ona dəyən maddi ziyanın ödənilməsində göstərilən köməkliyə görə Bakı Şəhər Baş Polis İdarəsi və Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
20.08.2024 - Sumqayıt şəhər sakini Teyyub Sadıqov
Sumqayıt şəhər sakini Teyyub Sadıqov ünvanladığı məktubda Azərbaycan Respublikasının daxili işlər naziri tərəfindən keçirilən vətəndaş qəbulunda iştirak etdiyini və göstərilən diqqətdən razı qaldığını, həmçinin müraciəti üzrə müvafiq tapşırıq verildiyini qeyd edir. O, vətəndaş müraciətlərinə, o cümlədən onun müraciətinə həssas yanaşılmasına görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.