Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Masallı rayon sakini Elman Abıyev DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda müraciətinin Rayon Polis Şöbəsində obyektiv şəkildə araşdırılmasına, ona dəymiş maddi ziyanın ödənilməsinin təmin edilməsinə görə minnətdarlığını bildirir.

Vətəndaş Samin Qurbanov sosial şəbəkə hesabından ünvanladığı məktubunda müraciətinə çevik reaksiya verildiyini və araşdırmanın gedişindən məmnun qaldığını bildirir.

Masallı rayon sakini Əlizadə Hüseynov öz təşəkkür məktubunda nümunəvi xidmətə, vətəndaşlara qarşı həssaslıq nümayiş etdirdiklərinə görə yol patrul xidməti əməkdaşlarının fəaliyyətindən məmnunluğunu bildirir.

Lerik rayon sakini Nazir Orucov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi və narkomaniyaya qarşı aparılan qətiyyətli mübarizə tədbirlərinə görə Lerik RPŞ-nin rəhbərliyinə minnətdarlığını bildirir.

Astara rayon sakini Fairə Məmmədova öz təşəkkür məktubunda ictimai asayişin qorunub saxlanıldığını, vətəndaşların təhlükəsizlyinin etibarlı şəkildə təmin olunduğunu, cinayətkarlığa qarşı qətiyyətli mübarizə tədbirlərinin aparıldığını bildirir. Buna görə Astara Rayon Polis Şöbəsinin rəhbərliyinə minnətdarlığını ifadə edir.

Bakı şəhər sakini Sürəyya Məmmədova öz təşəkkür məktubunda övladının 14000 manat pulunun dələduzluq yolu ilə ələ keçirilməsi barədə müraciətinin Yasamal RPİ-də araşdırıldığını, dəymiş maddi ziyanın ödənilməsinin təmin olunduğunu bildirir və minnətdarlığını ifadə edir.

Saatlı rayon sakini, şəhid qardaşı Məhərrəm Məhərrəmov Daxili İşlər Nazirliyinin “Instagram” səhifəsinə təşəkkür mesajı yazaraq bir neçə şəhid valideynləri ilə birlikdə RPŞ-yə etdikləri müraciətə obyektiv baxıldığı üçün DİN rəhbərliyinə minnətdarlığını bildirir. 

İmişli rayon sakini Sədaqət Əliyeva DİN-ə ünvanladığı təşəkkür məktubunda Saatlı rayonunda keçirilən vətəndaş qəbulu zamanı etdiyi müraciətinin müsbət həll olunmasına görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Sabirabad rayon sakini Bəxtiyar Əhədov Saatlı rayonunda keçirilən vətəndaş qəbulu zamanı etdiyi müraciətinə həssaslıqla yanaşılmasına və göstərilən köməkliklərə görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.