Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
08.12.2023 - Vətəndaş Şahin İbrahimov
Vətəndaş Şahin İbrahimov baş vermiş yol-nəqliyyat hadisəsilə bağlı müraciətinə operativ baxılaraq obyektiv araşdırma aparılmasına görə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
08.12.2023 - Şair, professor Vüqar Əhmədli
Şair, professor Vüqar Əhmədli hüquqlarının pozulması ilə bağlı müraciətinə operativ baxılmasına və onu narahat edən məsələnin tez bir zamanda həllini tapmasında göstərilən köməkliyə görə DİN rəhbərliyi başda olmaqla Azərbaycan Polisinə təşəkkürünü bildirir.
08.12.2023 - Vətəndaş Tariel Bağırov
Vətəndaş Tariel Bağırov mobil telefonunu itirməsi ilə bağlı müraciətinə operativ baxılaraq tez bir zamanda tapılıb ona təhvil verilməsində göstərdikləri köməkliyə görə Səbail RPİ-nin 41-ci Polis Bölməsinin əməkdaşlarına təşəkkürünü bildirir.
08.12.2023 - Vətəndaş Aslan Əmrahov
Vətəndaş Aslan Əmrahov Azərbaycan Polisinin peşəkar xidməti fəaliyyətini təqdir edir, qazilərə göstərilən diqqət və qayğıya görə Səbail Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
08.12.2023 - Vətəndaş Mirqədir Ələkbərov
Vətəndaş Mirqədir Ələkbərov müraciətinə operativ baxılaraq müsbət həllini tapmasında göstərdikləri köməkliyə görə Yasamal RPİ-nin 26-cı Polis Bölməsinin əməkdaşlarına təşəkkürünü bildirir. O, vətəndaş müraciətlərinə həssaslıqla yanaşılmasını yüksək dəyərləndirir.
08.12.2023 - Vətəndaş Arzu Məmmədova
Vətəndaş Arzu Məmmədova müraciətinə operativ baxılaraq araşdırma aparılmasında göstərdikləri köməkliyə görə Səbail RPİ-nin 41-ci Polis Bölməsinin əməkdaşlarına təşəkkürünü bildirir.
08.12.2023 - “Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova
“Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova sığınacaqların təhlükəsizliyinin təmininə xüsusi diqqət göstərdiyinə görə DİN rəhbərliyinə təşəkkürünü bildirir. O, Azərbaycan Polisinin gərgin və fədakar xidməti fəaliyyətini təqdir edir.
08.12.2023 - Vətəndaş Arzu Ələkbərov
Vətəndaş Arzu Ələkbərov oğurluq hadisəsi ilə bağlı müraciətinə operativ baxılaraq hadisənin üstünün tez bir zamanda açılmasında göstərdikləri köməkliyə görə Azərbaycan Polisinə təşəkkürünü bildirir.
07.12.2023 - Bakı şəhər sakini Elçin Şahməmmədov
Bakı şəhər sakini Elçin Şahməmmədov Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda müraciətinə həssas yanaşılmasına, göstərilən diqqətə və operativliyə görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.