Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
06.04.2024 - Vətəndaş Hikmət Rzazadə
Vətəndaş Hikmət Rzazadə üzləşdiyi dələduzluqla bağlı Nərimanov Rayon Polis İdarəsi 16-cı Polis Şöbəsinə müraciət etdiyini yazır. O, müraciətinə operativ reaksiya verilərək müsbət həll olunmasında, eləcə də dəymiş maddi ziyanın ödətdirilməsində ona göstərdikləri köməkliyə görə DİN rəhbərliyinə və Nərimanov RPİ əməkdaşlarına təşəkkürünü bildirir.
06.04.2024 - Sosial şəbəkə istifadəçisi Şahin Sadıqov
Sosial şəbəkə istifadəçisi Şahin Sadıqov DİN-in “Facebook” səhifəsinə təşəkkür mesajı göndərib. O, müraciətinə operativ baxılmasına və göstərilən diqqətli yanaşmaya görə Xətai Rayon Polis İdarəsi əməkdaşlarına təşəkkürünü bildirir.
06.04.2024 - Bakı şəhər sakini Nəcəf Fətullayev
Bakı şəhər sakini Nəcəf Fətullayev müraciətinə diqqətlə yanaşılmasına və həyata keçirilən tədbirlərə görə polis əməkdaşlarına təşəkkürünü bildirir.
05.04.2024 - Sosial şəbəkə istifadəçisi Səməd Əbilov
Sosial şəbəkə istifadəçisi Səməd Əbilov avtomobilindən pul vəsaitinin oğurlanması ilə bağlı etdiyi müraciətə operativ baxılaraq ona dəymiş ziyanın ödətdirilməsində göstərdikləri köməkliyə görə Abşeron Rayon Polis İdarəsinin rəhbərliyinə təşəkkürünü bildirir.
05.04.2024 - Vətəndaş Əli Nağıyev
Vətəndaş Əli Nağıyev baş vermiş yol-nəqliyyat hadisəsi zamanı ona göstərilən köməkliyə görə Yasamal Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkür edir.
05.04.2024 - Bakı şəhər sakini Qalib Əliyev
Bakı şəhər sakini Qalib Əliyev müraciətinə operativ reaksiya verilərək probleminin müsbət həll olunmasında göstərdikləri köməkliyə görə Nəsimi Rayon Polis İdarəsinin rəhbərliyinə minnətdarlığını bildirir.
05.04.2024 - Vətəndaş Ağasəməd Nuriyev
Vətəndaş Ağasəməd Nuriyev ona qarşı törədilən dələduzluq faktı ilə bağlı şikayətinə operativ baxılaraq həmin şəxsin saxlanılıb istintaqa təhvil verilməsində göstərdikləri köməkliyə görə başda DİN rəhbərliyi olmaqla Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
05.04.2024 - Naxçıvan Muxtar Respublikası, Culfa rayon sakini Uğur Babayev
Naxçıvan Muxtar Respublikası, Culfa rayon sakini Uğur Babayev müraciətinin müsbət həll olunmasında göstərdikləri köməkliyə görə Culfa Rayon Polis Şöbəsinin əməkdaşlarına təşəkkür edir.
05.04.2024 - Sosial şəbəkə istifadəçisi Cəmil Hüseynov
Sosial şəbəkə istifadəçisi Cəmil Hüseynov bir neçə nəfər tərəfindən döyülməsi ilə bağlı etdiyi müraciətə operativ baxılaraq həmin şəxslərin tutulub istintaqa təhvil verilməsində göstərdikləri köməkliyə görə Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin əməkdaşlarına minnətdarlığını bildirir.