Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
29.08.2024 - Bakı şəhər sakini Bəxtiyar Musayev
Bakı şəhər sakini Bəxtiyar Musayev üzləşdiyi problemlə bağlı Daxili İşlər Nazirliyinə etdiyi müraciətə həssas yanaşıldığını, operativ araşdırma aparılaraq müvafiq tədbirlərin görüldüyünü yazır. O, müraciətinin müsbət həll olunduğunu qeyd edərək DİN rəhbərliyinə minnətdarlığını bildirir.
29.08.2024 - Vətən müharibəsi iştirakçısı Vüsal Mahmudov
Vətən müharibəsi iştirakçısı Vüsal Mahmudov üzləşdiyi problemlə bağlı Daxili İşlər Nazirliyinə etdiyi müraciətə operativ baxıldığını, araşdırma aparılaraq müvafiq tədbirlərin görüldüyünü yazır. O, müraciətinin müsbət həll olunduğunu qeyd edərək DİN rəhbərliyinə və Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.
29.08.2024 - Ceyran Teymurova
Ceyran Teymurova vətəndaşların müraciətlərinə həssaslıqla yanaşılmasına, göstərilən diqqət və qayğıya, eyni zamanda operativliyə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.
28.08.2024 - Bakı şəhər sakini Amil Xəlil
Bakı şəhər sakini Amil Xəlil DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, ünvanladığı müraciətinə operativ baxıldığına, Bakı şəhər Baş Polis İdarəsinə dəvət olunaraq hüquq və vəzifələrinin izah olunmaqla obyektiv araşdırmalara başlanıldığına görə DİN rəhbərliyinə və Azərbaycan Polisinə təşəkkürünü bildirir.
28.08.2024 - Vətəndaş Əlövsət Əbdülrəhimov
Vətəndaş Əlövsət Əbdülrəhimov vətəndaşların müraciətlərinə diqqətlə yanaşılmasına və operativliyə, həmçinin müraciətinin müsbət həll olunaraq özünün və ailəsinin narahatlığına son qoyulmasına görə DİN rəhbərliyinə və Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
28.08.2024 - Vətəndaş Ruhin Babayev
Vətəndaş Ruhin Babayev avtomobil yollarında təhlükəsizliyin etibarlı təmin olunmasına, polis əməkdaşlarının humanistliyinə, xoş rəftarlarına və nəzakətli davranışılarına görə DİN rəhbərliyinə minnətdarlığını bildirir, polis əməkdaşlarına çətin və şərəfli işlərində uğurlar arzulayır.
28.08.2024 - Vətəndaş Gülnarə Qurbanova
Vətəndaş Gülnarə Qurbanova üzləşdiyi dələduzluq faktı ilə bağlı müraciətinə operativ baxıldığına və ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.
28.08.2024 - Bakı şəhər sakini Murad Məmmədbəyov
Bakı şəhər sakini Murad Məmmədbəyov Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda mənzilində baş vermiş dələduzluq hadisəsi ilə bağlı Yasamal Rayon Polis İdarəsinə müraciət etdiyini bildirir. O, polis əməkdaşları tərəfindən keçirilən operativ tədbirlərlə qısa müddətdə bu cinayətin üstünün açıldığını və ona dəymiş maddi ziyanın tam ödətdirildiyini qeyd edir.
28.08.2024 - Vətəndaş Asif Hüseynov
Vətəndaş Asif Hüseynov müraciətinə diqqətlə yanaşıldığına və probleminin qısa müddət ərzində həll olunduğuna görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.