Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
04.03.2022 - Bakı şəhər sakini Elnur Əhmədov
Bakı şəhər sakini Elnur Əhmədov DİN-in “İnstagram” səhifəsi vasitəsi ilə etdiyi müraciətinə operativ baxıldığına, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə görə başda DİN rəhbərliyi olmaqla bütün daxili işlər orqanlarının əməkdaşlarına minnətdarlığını bildirir, çətin və şərəfli işlərində uğurlar arzulayır.
04.03.2022 - Bakı şəhər sakini Sara Həbibova
Bakı şəhər sakini Sara Həbibova DİN-in “İnstagram” səhifəsi vasitəsi ilə etdiyi müraciətinə operativ baxılaraq müsbət həll edildiyinə görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.
04.03.2022 - ARB TV-nin əməkdaşı Günel Mönsümova
ARB TV-nin əməkdaşı Günel Mönsümova DİN-in “Facebook” səhifəsinə təşəkkür mesajı yazıb. O, gecə efirindən çıxıb evə gedərkən taksi sürücüsünün səriştəsizliyi üzündən yolda qaldığını, mənzil başına çatmasında Yol Patrul Xidməti əməkdaşlarının ona köməklik göstərdiyini qeyd edir.
G.Mönsümova qanun keşiyində öz xidməti vəzifələrini layiqincə yerinə yetirən bütün polis əməkdaşlarına minnətdarlığını bildirir.
04.03.2022 - Bakı şəhər sakini Heydər Qasımlı
Bakı şəhər sakini Heydər Qasımlı üzləşdiyi problemlə əlaqədar etdiyi müraciətə həssaslıqla yanaşılaraq qısa zaman kəsiyində həll olunmasında göstərdikləri köməkliyə görə Bakı Şəhər Baş Polis İdarəsinin rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını bildirir.
04.03.2022 - Bakı şəhər sakini Azad Cavadov
Bakı şəhər sakini Azad Cavadov üzləşdiyi problemlə əlaqədar etdiyi müraciətə operativ reaksiya verilərək qısa zaman kəsiyində həll olunmasında göstərdikləri köməkliyə görə Sabunçu RPİ-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkürünü ifadə edir.
04.03.2022 - Bakı şəhər sakini Rəhim Əhmədzadə
Bakı şəhər sakini Rəhim Əhmədzadə üzləşdiyi problemlə əlaqədar etdiyi müraciətə həssaslıqla yanaşılaraq qısa zaman kəsiyində həll olunmasında göstərdikləri köməkliyə görə Baş Dövlət Yol Polisi İdarəsinin rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını yazır.
04.03.2022 - Bakı şəhər sakini Mətin Şahmarov
Bakı şəhər sakini Mətin Şahmarov ictimai asayişin və təhlükəsizliyin təmin olunmasında, narkotiklərin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı qətiyyətli mübarizədə xidməti vəzifə borclarını layiqincə yerinə yetirdiklərinə görə Xəzər RPİ-nin rəhbərliyinə və şəxsi heyətinə təşəkkürünü bildirir.
04.03.2022 - Bakı şəhər sakini Anar Məmmədov
Bakı şəhər sakini Anar Məmmədov üzləşdiyi oğurluq hadisəsi ilə əlaqədar etdiyi müraciətə operativ reaksiya verilərək qısa zaman kəsiyində cinayətkarın tutulmasında, eləcə də oğlunun velosipedinin saz vəziyyətdə ona qaytarılmasında göstərdikləri köməkliyə görə Binəqədi RPİ 5-ci Polis Bölməsinin rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını ifadə edir.
04.03.2022 - Bakı şəhər sakini Fariz Cəfərov
Bakı şəhər sakini Fariz Cəfərov üzləşdiyi problemlə əlaqədar etdiyi müraciətə operativ reaksiya verilərək qısa zaman kəsiyində həll olunmasında göstərdikləri köməkliyə görə Azərbaycan Polisinə təşəkkürünü yazır.