Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
09.03.2022 - Cəlilabad rayon sakini Əliqənbər Əliyev
Cəlilabad rayon sakini Əliqənbər Əliyev Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda üzləşdiyi problemlə əlaqədar Cəlilabad Rayon Polis Şöbəsinə dəvət edildiyini, nəzakətlə qarşılanaraq dinlənildiyini və müraciətinin müsbət həll olunduğunu qeyd edir.
O, vətəndaş müraciətlərinə həssas yanaşılmasına, göstərilən diqqət və qayğıya, nəzakətli davranışa görə DİN rəhbərliyinə və Cəlilabad RPŞ-nin əməkdaşlarına təşəkkürünü bildirir, çətin və şərəfli işlərində uğurlar arzulayır.
09.03.2022 - DİN-in “İnstagram” səhifəsinin izləyicisi, Bakı şəhər sakini Elgün İsmayılzadə
DİN-in “İnstagram” səhifəsinin izləyicisi, Bakı şəhər sakini Elgün İsmayılzadə itirdiyi mobil telefonun tapılaraq ona qaytarılmasına görə DİN rəhbərliyinə və Binəqədi RPİ 5-ci Polis Bölməsinin əməkdaşlarına minnətdarlığını bildirir.
09.03.2022 - Sosial şəbəkə izləyicisi Gülnar Babayeva
Sosial şəbəkə izləyicisi Gülnar Babayeva təşəkkür məktubunda müraciətinə Lənkəran Şəhər Rayon Polis Şöbəsində çevik reaksiya verilməsinə, məsələnin obyektiv şəkildə araşdırılmasına və ona dəymiş maddi ziyanın qısa zaman ərzində ödənilməsinin təmin edilməsinə görə təşəkkürünü bildirir.
09.03.2022 - Lənkəran rayonunun Sütəmurdov kənd sakini Məhəmməd Nəsirli
Lənkəran rayonunun Sütəmurdov kənd sakini Məhəmməd Nəsirli DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda müraciəti ilə əlaqədar Lənkəran ŞRPŞ-nin rəhbərliyi tərəfindən qəbul edilməsinə və ona məsələ ilə bağlı ətraflı məlumat verilməsinə görə minnətdarlığını bildirir.
09.03.2022 - Astara rayonunun bir qrup sakini
Astara rayonunun bir qrup sakini DİN rəhbərliyinə ünvanladıqları təşəkkür məktubunda rayon ərazisində ictimai qaydanın və ictimai asayişin təmin olunmasına, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı atılan qətiyyətli addımlara və şəhid ailələrinə, qazilərə göstərilən diqqətə görə Astara Rayon Polis Şöbəsinin rəhbərliyindən razılığını ifadə edir.
08.03.2022 - Bloger Ramal İsayev
Bloger Ramal İsayev paytaxt ərazisində sosial eksperiment hazırlayıb. O, paytaxt ərazisində xidmət edən post-patrul əməkdaşlarına yaxınlaşaraq tələbə olduğunu və yemək almaq üçün pulunun olmadığını bildirib. R.İsayev hazırladığı videonu şəxsi səhifəsində paylaşaraq belə humanist, o cümlədən xidməti vəzifələrini və peşə fəaliyyətini layiqincə yerinə yetirən polis əməkdaşlarına görə DİN rəhbərliyinə təşəkkürünü bildirib.
08.03.2022 - Bloger Nigar Alıyeva
Bloger Nigar Alıyeva şəxsi “Instagram” səhifəsinin hekayə bölümündə video paylaşaraq gecə-gündüz yorulmadan xidmət aparan, ictimai asayişi və ictimai təhlükəsizliyi ayıq-sayıq qoruyan, xidməti vəzifələrini layiqincə yerinə yetirən Azərbaycan polisinə minnətdarlığını bildirir, çətin və şərəfli xidmətlərində uğurlar atrzulayır.
08.03.2022 - “Oxu.az” saytının baş redaktoru Həmid Həmidov
“Oxu.az” saytının baş redaktoru Həmid Həmidov DİN-in “Facebook” səhifəsi vasitəsilə etdiyi müraciətinə həssas yanaşıldığına və göstərilən köməkliyə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.
08.03.2022 - “Instagram” sosial şəbəkəsindəki “isazade._” adlı profilin sahibi
“Instagram” sosial şəbəkəsindəki “isazade._” adlı profilin sahibi “polisazerbaycana” yazaraq vətəndaşların müraciətlərinə həssaslıqla yanaşılmasına, göstərilən diqqət və qayğıya, eyni zamanda operativliyə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.