Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
23.07.2024 - Sosial şəbəkə istifadəçisi Əziz Mirzəyev
Sosial şəbəkə istifadəçisi Əziz Mirzəyev DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, üzləşdiyi problemlə bağlı müraciətinə operativ baxılaraq qısa müddətdə həll olunmasına göstərdikləri köməkliyə görə Səbail RPİ-nin 41-ci Polis Bölməsinin əməkdaşlarına təşəkkürünü bildirir.
23.07.2024 - Vətəndaş Vüsalə Məmmədova
Vətəndaş Vüsalə Məmmədova DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, üzləşdiyi dələduzluqla bağlı müraciətinə dərhal reaksiya verilməsinə və həyata keçirilən tədbirlərlə qısa müddətdə müsbət həll olunmasına görə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
23.07.2024 - Pirallahı rayon sakini Gülarə Məmmədli
Pirallahı rayon sakini Gülarə Məmmədli DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, üzləşdiyi problemlə bağlı müraciətinə çevik reaksiya verilməsinə və həyata keçirilən tədbirlərlə qısa müddətdə müsbət həll olunmasına görə Pirallahı Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
23.07.2024 - Vətəndaş Bilman Allahverdiyev
Vətəndaş Bilman Allahverdiyev DİN-in “Facebook” səhifəsinə təşəkkür mesajı yazıb. O, vətəndaş müraciətlərinə göstərilən diqqətə və operativliyə görə DİN-in rəhbərliyinə minnətdarlığını ifadə edir.
23.07.2024 - Naxçıvan sakini Kərim Əhmədov
Naxçıvan sakini Kərim Əhmədov məktubunda müraciətinə operativ baxılaraq müsbət həll olunmasına və ona dəymiş ziyanın ödətdirilməsinə göstərdikləri köməkliyə görə Azərbaycan polisinə təşəkkürünü bildirir.
23.07.2024 - Sosial şəbəkə istifadəçisi Nigar Məlikzadə
Sosial şəbəkə istifadəçisi Nigar Məlikzadə DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, müraciətinə dərhal reaksiya verilərək qısa müddətdə həll olunmasına görə Azərbaycan polisinə təşəkkürünü bildirir.
23.07.2024 - Bakı şəhər sakini Namiq Quliyev
Bakı şəhər sakini Namiq Quliyev məktubunda üzləşdiyi problemlə bağlı müraciətinə operativ baxılmasına və həyata keçirilən tədbirlərə görə Suraxanı RPİ-nin 31-ci Polis Bölməsinin əməkdaşlarına təşəkkürünü bildirir, çətin və şərəfli işlərində uğurlar arzulayır.
23.07.2024 - Sabunçu rayon sakini Riad Hüseynəliyev
Sabunçu rayon sakini Riad Hüseynəliyev məktubunda rayon ərazisində ictimai asayişin və ictimai təhlükəsizliyin təmin olunmasında xidməti vəzifələrini layiqincə yerinə yetirdiyinə, eləcə də narkotiklərin qanunsuz dövriyyəsinə qarşı aparılan qətiyyətli mübarizə tədbirlərinə görə Sabunçu Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir, çətin və məsuliyyətli işlərində uğurlar arzulayır.
23.07.2024 - Zərdab rayonu Gəlmə kənd sakini Hüseyn İsmayılov
Zərdab rayonu Gəlmə kənd sakini Hüseyn İsmayılov məktubunda vətəndaş müraciətlərinə göstərilən həssaslığa və operativliyə görə DİN-in rəhbərliyinə minnətdarlığını ifadə edir, polis əməkdaşlarına çətin və şərəfli işlərində uğurlar arzulayır.