Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Bakı şəhər sakini Zeynəb Əliyeva barəsində tərtib olunmuş protokolla bağlı müraciətinə operativ baxılaraq qısa müddətdə müsbət həll olunduğunu qeyd edərək DİN rəhbərliyinə və Nəsimi RPİ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Bakı şəhər sakini Qanqa İbrahimov müraciətinə dərhal reaksiya verildiyinə və həyata keçirilən operativ tədbirlərə görə Abşeron RPİ DYPŞ-nin əməkdaşlarına təşəkkürünü bildirir.

Sumqayıt şəhər sakinləri Şakir Orucov, Ramazan Həsənov və Ədalət Rütəmov şəhər ərazisində sosial neqativ halların, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinin qarşısının alınması ilə bağlı müraciətlərinə baxıldığına və həyata keçirilən operativ tədbirlərlə görə DİN rəhbərliyinə və Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşlarına minnətdarlıqlarını bildirirlər.

Bakı şəhər sakini Şəhriyar Yolçuyev məktubunda üzləşdiyi dələduzluq faktı ilə bağlı müraciətinə operativ baxıldığına, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə və ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə DİN rəhbərliyinə və Xətai RPİ 34-cü Polis Bölməsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Bakı şəhər sakini Seymur İbrahimov DİN-ə ünvanlandığı məktubunda təhdid olunması ilə bağlı müraciətinə operativ baxıldığını bildirir.

S.İbrahimov vətəndaşların müraciətlərinə diqqətlə yanaşılmasına və operativliyə, həmçinin müraciətinin müsbət həll olunaraq narahatlığına son qoyulmasına görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.

Bakı şəhər sakini Bayram İsmayılov üzləşdiyi problemlə bağlı Daxili İşlər Nazirliyinə etdiyi müraciətə operativ baxıldığını, araşdırma aparılaraq müvafiq tədbirlərin görüldüyünü yazır. O, müraciətinin müsbət həll olunduğunu qeyd edərək DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Bakı şəhər sakini Rəşad Babayev məktubunda avtomobilinin itmiş dövlət qeydiyyat nömrə nişanı ilə bağlı müraciətinə Baş Dövlət Yol Polisi İdarəsində baxılaraq qısa müddətdə həll olunmasını qeyd edir. O, BDYPİ-nin Qeydiyyat-İmtahan İdarəsində vətəndaş məmnunluğunun təmin edilməsi üçün yaradılan şəraitə görə DİN rəhbərliyinə və Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Bakı şəhər sakini Qələmşah Nuriyev Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda Quba rayonunda olarkən içərisində müəyyən məbləğ olan cüzdanını itirdiyini, bununla bağlı Quba Rayon Polis Şöbəsinə müraciət etdiyini yazır. O, polis əməkdaşlarının keçirdikləri operativ tədbirlərlə cüzdanının qısa müddətdə tapılaraq içərisindəki həmin vəsaitlə birgə ona qaytarıldığını qeyd edir.

Q.Nuriyev operativliyə və xidməti vəzifələrini layiqincə yerinə yetirdiklərinə görə Quba Rayon Polis Şöbəsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Salyan rayon sakini Tahir Əliyev DİN-ə ünvanladığı təşəkkür məktubunda rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizədə xidməti vəzifə borclarını layiqincə yerinə yetirdiklərinə görə Salyan RPŞ-nin rəhbərliyinə və şəxsi heyətinə minnətdarlığını ifadə edir.