Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Azərbaycan Dövlət İqtisad Universitetinin Quba Tədris İdman və İstirahət Mərkəzinin direktoru Ruslan Fətullayev rəhbərlik etdiyi mərkəzdə qonaq qismində qalan, mərkəzin xidmətlərindən istifadə edən turizm şirkətinin sahibinin ödəniş etməkdən boyun qaçırması ilə bağlı etdiyi müraciətə həssaslıqla yanaşılaraq qısa zaman kəsiyində həll olunmasında, eləcə də ona dəymiş ziyanın ödətdirilməsində göstərdikləri köməkliyə görə DİN rəhbərliyinə və Quba RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Bakı şəhər sakini Bəxtiyar Əliyarlı narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizənin gücləndirilməsində, qəsəbədə yaradılmış sabitliyə, əmin-amanlığa görə DİN rəhbərliyinə və Sabunçu RPİ-nin əməkdaşlarına təşəkkürünü ifadə edir.

Bakı şəhər sakini Əlisgəndər Yaqubov oğlunun daxili işlər orqanlarında xidmətə bərpa olunmasında göstərdikləri köməkliyə görə DİN rəhbərliyinə minnətdarlığını yazır.

Xaçmaz şəhər sakini Leyli Səmədova ictimai asayişin və təhlükəsizliyin qorunmasında fədakar xidmətlərinə, eləcə də vəzifə borclarının öhdəsindən layiqincə gəldiklərinə görə DİN rəhbərliyinə və Xaçmaz RPŞ-nin əməkdaşlarına təşəkkürünü bildirir.

Daxili İşlər Nazirliyinin təqaüdçüsü, “QULP” İctimai-siyasi satirik qəzetin redaktoru Bilal Vəliyev DİN-in A.N.Heydərov adına Hospitalında müalicə alarkən göstərilən diqqət və qayğıya, eyni zamanda yaradılmış hərtərəfli şəraitə görə DİN rəhbərliyinə və Hospitalın şəxsi heyətinə minnətdarlığını ifadə edir.

Bakı şəhər sakini Rəşad Nəcəfov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda şikayətinə operativ və obyektiv şəkildə baxılaraq probleminin həllini tapmasına göstərdikləri köməyə görə Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir. O, vətəndaş müraciətlərinə həssas yanaşdıqlarına görə Azərbaycan Polisinin fəaliyyətini yüksək dəyərləndirir.

Bakı şəhər sakini Zaur Sadıqov DİN rəhbərliyinə ünvanladığı minnətdarlıq məktubunda baş vermiş oğurluq hadisəsinin isti izlərlə açılaraq ona dəyən ziyanın ödənilməsində göstərdikləri köməyə görə Binəqədi Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir. O, Azərbaycan Polisinə xidməti fəaliyyətində uğurlar diləyir.

Bakı şəhər sakini Xanım Nəbiyeva şikayətinə obyektiv baxılaraq hüquqlarının qorunmasında ona göstərdikləri köməyə görə İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir. O, vətəndaşlara göstərilən diqqət və qayğının polis-vətəndaş münasibətlərinin günü-gündən daha da yaxşılaşmasına zəmin yaratdığını qeyd edir.

Vətəndaş Eldar Mustafayev DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda Şəki ŞRPŞ-nin Dövlət Yol Polisi Bölməsi əməkdaşlarının xidməti fəaliyyətindən razılıq edir, vətəndaşlara göstərdikləri köməkliyə görə onlara minnətdarlığını bildirir.