Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
25.01.2024 - Lənkəran şəhər sakini Flora İsgəndərova
Lənkəran şəhər sakini Flora İsgəndərova DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda müraciətinə həssaslıqla yanaşılmasına və Lənkəran ŞRPŞ-nin istintaq bölməsində obyektiv və hərtərəfli şəkildə araşdırma aparılmasına görə minnətdarlığını ifadə edir.
25.01.2024 - Cəlilabad rayon sakini Kənan Nağdıyev
Cəlilabad rayon sakini Kənan Nağdıyev öz təşəkkür məktubunda istənilən hava şəraitində, yorulmadan, fədakarlıqla xidmət aparan, vətədaşların qayğılarına həssaslıqla yanaşan Azərbaycan Polisinə minnətdarlığını bildirir.
25.01.2024 - Astara rayon sakini Rafiq Əliyev
Astara rayon sakini Rafiq Əliyev DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda cinayətkarlığa, o cümlədən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizədə həyata keçirilən effektiv mübarizə tədbirlərinə görə Rayon Polis Şöbəsinin rəhbərliyinə və şəxsi heyətinə minnətdarlığını bildirir.
25.01.2024 - Yardımlı rayon sakini Əkbər Sadıyev
Yardımlı rayon sakini Əkbər Sadıyev DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda müraciətinə çevik reaksiya verilməsinə və məsələnin müsbət həllini tapmasına görə Yardımlı Rayon Polis Şöbəsinin rəhbərliyinə minnətdarlığını bildirir.
24.01.2024 - Bakı şəhər sakini Tural Abdullazadə
Bakı şəhər sakini Tural Abdullazadə Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda barəsində tərtib olunmuş protokolla bağlı müraciəti ilə əlaqədar obyektiv araşdırma aparılaraq müsbət həll olunduğuna görə Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
24.01.2024 - Abşeron rayon sakini Nigar Vəlibəyli
Abşeron rayon sakini Nigar Vəlibəyli DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, üzləşdiyi problemlə bağlı müraciətinə operativ baxılaraq müsbət həll olunduğuna görə DİN rəhbərliyinə və Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.
24.01.2024 - Bakı şəhər sakini Ramil Qarayev
Bakı şəhər sakini Ramil Qarayev Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda müraciətinə Baş Mühafizə İdarəsində operativ baxılaraq müsbət həll olunduğuna görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.
24.01.2024 - Sabiq polis əməkdaşı Şahin Kazımov
Sabiq polis əməkdaşı Şahin Kazımov məktubunda daxili işlər orqanlarında gənc əməkdaşlara göstərilən diqqət və qayğıya görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.
24.01.2024 - Vətəndaş Seymur Əhmədzadə
Vətəndaş Seymur Əhmədzadə DİN-in “Facebook” səhifəsinə təşəkkür mesajı yazıb. O, müraciətinə dərhal reaksiya verildiyinə, Bakı şəhər Baş Polis İdarəsində nəzakətlə qəbul edilərək dinlənildiyinə, obyektiv araşdırma aparılaraq müraciətinin qısa müddətdə müsbət həll olunduğuna və dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə DİN rəhbərliyinə və Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.