Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
27.04.2022 - Gəncə şəhər sakini Aygün Əliyeva
Gəncə şəhər sakini Aygün Əliyeva DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda müraciətinə həssaslıqla yanaşılaraq operativ reaksiya verilməsinə görə Gəncə ŞBPİ-nin əməkdaşlarına minnətdarlıq edir.
26.04.2022 - Göyçay rayon sakini Rəvan Məmmədov
Göyçay rayon sakini Rəvan Məmmədov təşəkkür məktubunda avtomobilində baş vermiş yanğın hadisəsinin qarşısının alınmasında göstərdikləri köməkliyə görə Göyçay RPŞ-nin DYPB-nin əməkdaşlarına minnətdarlığını bildirir.
26.04.2022 - Abşeron rayon sakini Aygün Əliyeva
Abşeron rayon sakini Aygün Əliyeva DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda müraciətinə operativ reaksiya verilməsinə və ona dəymiş maddi ziyanın ödətdirilməsinə görə Mingəçevir ŞPŞ-nin əməkdaşlarına minnətdarlıq edir.
26.04.2022 - Zaqatala rayon sakini Elvin Abdullayev
Zaqatala rayon sakini Elvin Abdullayev DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda müraciətinin müsbət həll edilməsinə görə Rayon Polis Şöbəsinin əməkdaşlarına minnətdarlığını bildirir.
26.04.2022 - Siyəzən rayon sakini Samir Zeynalov
Siyəzən rayon sakini Samir Zeynalov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda ictimai qaydanın və təhlükəsizliyin təmin olunmasında, hüquqazidd əməllərin qarşısının alınmasında, o cümlədən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizədə xidməti vəzifə borclarını layiqincə yerinə yetirdiklərinə, fədakarlıq nümayiş etdirdiklərinə görə Siyəzən RPŞ-nin rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını bildirir.
26.04.2022 - Qusar rayon sakini Nurlan Nəzərov
Qusar rayon sakini Nurlan Nəzərov üzləşdiyi problemlə əlaqədar etdiyi müraciətə həssaslıqla yanaşılaraq qısa zaman kəsiyində həll olunmasında göstərdikləri köməkliyə görə DİN rəhbərliyinə və Qusar RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.
26.04.2022 - Vətəndaş Sunay Əsədov
Vətəndaş Sunay Əsədov Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda müraciətinə operativ baxıldığına, Nərimanov Rayon Polis İdarəsinə dəvət olunaraq hüquq və vəzifələrinin izah olunmaqla obyektiv araşdırmalara başlanıldığına görə DİN rəhbərliyinə və Azərbaycan Polisinə təşəkkürünü bildirir.
26.04.2022 - Zərdab rayon sakini Rəvan Sadıqzadə
Zərdab rayon sakini Rəvan Sadıqzadə DİN-in “Instagram” səhifəsinə mesaj yazaraq üzləşdiyi problemlə bağlı müraciətinə operativ baxıldığına, araşdırma aparılaraq müvafiq tədbirlərin görüldüyünə və müsbət həll olunduğuna görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.
26.04.2022 - Vətəndaş Vüsalə Həsənova
Vətəndaş Vüsalə Həsənova DİN-in “Facebook” səhifəsinə təşəkkür mesajı yazıb. O, müraciətinə operativ baxıldığına, qısa müddətdə araşdırılaraq müvafiq tədbirlərin keçiridiyinə və pozulmuş hüquqlarının bərpa edildiyinə görə DİN rəhbərliyinə və Azərbaycan Polisinə minnətdarlığını bildirir.