Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
02.09.2022 - Vətəndaş Natiq Məmmədov
Vətəndaş Natiq Məmmədov şikayətinə operativ şəkildə baxılaraq probleminin aradan qaldırılmasında ona göstərdikləri köməkliyə görə Suraxanı Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir. O, vətəndaş müraciətlərinə həssaslıqla yanaşılmasını yüksək dəyərləndirir.
02.09.2022 - Vətəndaş Əkbər Sadiyev
Vətəndaş Əkbər Sadiyev şikayətinə tez bir zamanda baxılaraq həllini tapmasında ona görtərdikləri köməkliyə görə Azərbaycan Polisinə təşəkkürünü bildirir. O, vətəndaş müraciətlərinə həssaslıqla yanaşılmasını yüksək dəyərləndirir.
02.09.2022 - Vətəndaş Afət Mustafayeva
Vətəndaş Afət Mustafayeva müraciətinə tez bir zamanda baxılaraq probleminin həllini tapmasında ona göstərdikləri köməkliyə görə Azərbaycan Polisinə təşəkkürünü bildirir, çətin və şərəfli xidməti fəaliyyətlərində uğurlar diləyir.
02.09.2022 - Vətəndaş Fəxriyyə Hacızadə
Vətəndaş Fəxriyyə Hacızadə bank kartından pul oğurlanması ilə bağlı müraciətinə tez bir zamanda baxılaraq qarşısının alınmasında göstərdikləri köməkliyə görə Azərbaycan Polisinə təşəkkürünü bildirir.
02.09.2022 - Vətəndaş Taleh Hüseynov
Vətəndaş Taleh Hüseynov müraciətinə tez bir zamanda baxılaraq axtarışda olan borclunun tapılmasında göstərdikləri köməkliyə görə Nizami RPİ 23-cü Polis Bölməsinin əməkdaşlarına təşəkkürünü bildirir.
02.09.2022 - Vətəndaş Elnur Şabanzadə
Vətəndaş Elnur Şabanzadə şikayətinə tez bir zamanda baxılaraq ona dəyən ziyanın ödənilməsində göstərdikləri köməkliyə görə Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
02.09.2022 - Ağstafa rayon sakini Aygün Əyyubova
Ağstafa rayon sakini Aygün Əyyubova etdiyi müraciətə həssaslıqla yanaşılaraq qısa zaman kəsiyində həll olunmasında göstərilən köməyə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.
02.09.2022 - Gəncə şəhər sakini Elvin İbrahimov
Gəncə şəhər sakini Elvin İbrahimov məktubunda DİN-ə ünvanladığı müraciətinə operativ baxıldığını, obyektiv araşdırma aparılmasını qeyd edir. O, vətəndaş müraciətlərinə həssas yanaşılmasına və obyektivliyə görə Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
02.09.2022 - Qazax rayon sakini Ceyhun Rəhimov
Qazax rayon sakini Ceyhun Rəhimov ictimai asayişin qorunmasında, cinayətkarlıqla mübarizədə Azərbaycan Polisinin xidməti fəaliyyətini yüksək dəyərləndirir və təşəkkürünü bildirir.